İdman qidaları haqda 15 əsas yalan

Bu paradoksdur, amma Azərbaycanda hər kəsdə, hətta idmandan uzaq olan insanda idman qidaları haqda öz fikri var, hansı ki çox vaxt şaiyələrə, dezinformasiyaya və ya reklam məqalələrinə əsaslanır. Diqqətli araşdırmalara və çox saylı təkziblərə baxmayaraq, idman əlavələri haqda müxtəlif uydurmalara inam həddindən artıq böyükdür.

Ardını oxu...

5 ən yaxşı idman qidası

İlk öncə 2 vacib şeyi qeyd etmək lazımdır:

1. İdman qidalanmasının anabolik steroidlərlə heç bir əlaqəsi yoxdur . Bu sizin soyuducunuzda olan qidadandır, lakin daha çox üstünlüklərə malikdir.

2. İdman qidalarının alınması adi ərzaqların alışından başlayır. Əgər sizin rasionunuz səhv tənzimlənibsə,

Ardını oxu...

İdman qidaları nədir?

İdman qidaları —  sağlam həyat tərzi sürən atletlər və adi insanlar  üçün hazırlanmış qida əlavələri qrupudur. Adətən, idman qidaları xüsusi təsirə malikdirlər.  Beləliklə, bəzi məhsullar yüksək kaloriliyi ilə seçilirlər və əzələ kütləsinin yığımı üçün uyğundurlar. Digərləri isə çəkinin azaldılması məqsədilə hazırlanırlar.  O cümlədən, universal məhsullarda mövcuddur:  vitaminlər, minerallar, izotonik komplekslər. Bütün kateqoriyalar üzrə qida əlavələrini və onların istifadəsinə dair tövsiyyələri,  siz bizim internet mağazamızda əldə edə bilərsiniz.

Ardını oxu...

BCAA

BCAA — 3 aminturşular qrupudur (izoleysin, leysin, valin). Bu aminturşularının toplam payı əzələ toxumalarında 35%-dək çatır. Yəni, BCAA aminturşuları - əzələ kütləsinin formalaşmasında ən vacib olan əsas komponentlərdir. İlk növbədə, BCAA orqanizmin enerji ehtiyaclarını təmin etmək üçün sərf olunur, bu səbəbdən də BCAA-nı məşqlərdən əvvəl, məşqlər zamanı(bunun üçün toz şəklində olan bcaa daha yaxşıdır) və məşqlərdən sonra qəbul etmək vacibdir ki, əzələ zülallarının parçalanmasının qarşısı alınsın və əzələlərin bərpası və artımı sürətlənsin. 

Whey protein

Whey protein – tərkibində böyük həcmdə yüksək keyfiyyətli zülal olan toz konsentratıdır. Protein idmançının əzələ kütləsinin artımını, , eləcə də müasir insanın rasionun korreksiyasını  təmin etmək üçün vacibdir. Protein əzələ daxili hüceyrələrin yeni zülal molekullarının sintezi üçün əsası, tərkibidir. Buna görə də protein – amin turşuları qaynağı üçün xammaldır (əzələlər üçün tikinti materialı) və zülal sintezinin stimulyatorudur. Protein nə qədər çox olarsa, hüceyrə daxili sintez də bir o qədər fəal olar.

Ardını oxu...

Qeyner

Qeyner – tərkibində böyük həcmdə yüksək keyfiyyətli zülal və karbohidratlar olan toz konsentratıdır. Qeyner, demək olar ki, mürəkkəb karbohidratlar əlavəsi ilə olan proteindir. Bunun sayəsində qeynerlərin yüksək anabolik effekti vardır. Əzələlərin artımı üçün enerji, kalori lazımdır ki, bunu da qeyner verir. Məsləhət görülür ki, qeynerləri məşqlərə 1-1,5 saat qalmış  və məşqlərdən 15-30 dəqiqə sonra qəbul edilsin. Məşqin başlamasına qədər qeynerlər optimal enerji fonu yaradır və əzəzlədaxili sərbəst amin turşularının ehtiyatını artırır ki, onlar da böyük yükləmələr zamanı fəal mübadilıə edilir. Karbohidratların mürəkkəb tərkibi bir neçə saat ərzində uzunmüddətli təsiri təmin edir.

Tribulus

Tribulus Terrestris – bu təbii yolla testosteronun hasil edilməsini gücləndirən bitki mənşəli əlavədir. Preparat idmançılarda əzələlərin ölcü və gücünü nəzərəcarpacaq dərəcədə artırır, cünki testosteron cox güclü anabolik hormondur. Bu preparat dünyanın ən yaxşı atletləri və kulturistləri tərəfindən qəbul edilir. Trubulus terrestisin yan effekti yoxdur və sağlamlıq üçün ziyan olmadan qəbul edilə bilər. Eləcə də Tribulus, cinsi gücü, libidonu (seksual meyli) və sperma keyfiyyətini artıran olduqca güclü və effektiv preparatdır.

Aminturşular

Aminturşular – zülalın (əzələnin) tərkib hissəsidir. İntensiv məşqlərdən sonra tam aminturşular kompleksinin qəbul edilməsi zəifləmiş əzələ hüceyrələrinin effektiv bərpası üçün həlledici əhəmiyyətə malikdir. Aminturşular qəbul edildikdə, məşqlərdən sonra orqanizmdə yaranan yüksək hormonal fonun potensial imkanlarından istifadə edilir. Aminturşular əzələ kütləsinin və gücün artımını sürətləndirir.

Energetiklər

Bu karbohidratlar və karbohidrat-zülallardan, bəzən isə kofein və vitaminlərin əlavəsi ilə olan xüsusi qarışıqlardır. Belə qarışıqları adətən məşqdən əvvəl qəbul edirlər ki, orqanizmin yüksək enerji ehtiyatı olsun. Məşqdən sonra isə enerqetiklər, enerji ehtiyatının bərpa edilməsini sürətləndirir.

Kreatin

Kreatin – bu insanların və heyvanların əzələlərində olan, enerji mübadiləsi, əzələ hərəkətləri və insanın yaşaması üçün vacib olan əvəzedilməz, təbii maddədir. Kreatin bodibildinqdə idmanda əldə edilən nəticələrin yüksəldilməsi, eləcə də əzələ kütləsinin artırılması üçün istifadə edilən qida əlavəsidir. O, enerji istehsalında və əzələ yığılmalarında əsas rolu oynayır. Ərzaqların təbii hissəsi kimi, əsasən ət və balıqda olur. Qırmızı ət – kreatinin ən gözəl təbii qaynaqlarından biridir. Bitki məhsullarında isə əksinə olaraq kreatin tərkibi olduqca azdır.

Daha çox məqalə...

1 -dən səhifə 2

 

Go to top