Qeyner

Qeyner – tərkibində böyük həcmdə yüksək keyfiyyətli zülal və karbohidratlar olan toz konsentratıdır. Qeyner, demək olar ki, mürəkkəb karbohidratlar əlavəsi ilə olan proteindir. Bunun sayəsində qeynerlərin yüksək anabolik effekti vardır. Əzələlərin artımı üçün enerji, kalori lazımdır ki, bunu da qeyner verir. Məsləhət görülür ki, qeynerləri məşqlərə 1-1,5 saat qalmış  və məşqlərdən 15-30 dəqiqə sonra qəbul edilsin. Məşqin başlamasına qədər qeynerlər optimal enerji fonu yaradır və əzəzlədaxili sərbəst amin turşularının ehtiyatını artırır ki, onlar da böyük yükləmələr zamanı fəal mübadilıə edilir. Karbohidratların mürəkkəb tərkibi bir neçə saat ərzində uzunmüddətli təsiri təmin edir.

 

Go to top