Whey protein

Whey protein – tərkibində böyük həcmdə yüksək keyfiyyətli zülal olan toz konsentratıdır. Protein idmançının əzələ kütləsinin artımını, , eləcə də müasir insanın rasionun korreksiyasını  təmin etmək üçün vacibdir. Protein əzələ daxili hüceyrələrin yeni zülal molekullarının sintezi üçün əsası, tərkibidir. Buna görə də protein – amin turşuları qaynağı üçün xammaldır (əzələlər üçün tikinti materialı) və zülal sintezinin stimulyatorudur. Protein nə qədər çox olarsa, hüceyrə daxili sintez də bir o qədər fəal olar.

Kulturistlərdə protein tələbatı birbaşa olaraq məşqlərin intensivliyindən asılıdır. Gündəlik protein qəbulu tələbatı öz çəkinizin hər 1 kiloqramı üçün 2-3 qram zülal təşkil etməlidir. Proteindən istifadənin yan təsiri – (əgər təlimatlara riayyət edilərsə) – yoxdur. Proteinin cinsi güc, dişlərin, saçın tökülməsi və s. mənfi təsir göstərməsi haqqında nağıllar ağılsızlıqdan başqa bir şey deyildir.

 

Go to top