İdman qidaları nədir?

İdman qidaları —  sağlam həyat tərzi sürən atletlər və adi insanlar  üçün hazırlanmış qida əlavələri qrupudur. Adətən, idman qidaları xüsusi təsirə malikdirlər.  Beləliklə, bəzi məhsullar yüksək kaloriliyi ilə seçilirlər və əzələ kütləsinin yığımı üçün uyğundurlar. Digərləri isə çəkinin azaldılması məqsədilə hazırlanırlar.  O cümlədən, universal məhsullarda mövcuddur:  vitaminlər, minerallar, izotonik komplekslər. Bütün kateqoriyalar üzrə qida əlavələrini və onların istifadəsinə dair tövsiyyələri,  siz bizim internet mağazamızda əldə edə bilərsiniz.


Idman qidaları - dərman preparatı deyil və dopinq sayılmır və bütün idman növlərində rəsmi istifadə olunur! Azərbaycanda çox vaxt, idman qidaları ilə steroid hormonlarını qarışdırırlar və steroidlərə xas olan yan təsirləri idman qidalarına aid edirlər. Amma bu tamamilə səhvdir! İdman qidaları tam təbii (heyvan və ya bitki) mənşəli komponentlərdən hazırlanır.

 

Go to top