“Skott skamyası”nda əks tərəf tutma ilə əllərin ştanqla əyilməsi

Təsiri: göstərilən hərəkətdə ağırlıq biseps, çiyin və bazu mil əzələləri arasında bölünür. Daha dəqiq hərəkətlərə nail olmaq üçün “skott skamyası”ndan istifadə etmək lazımdır.

Təsviri: ilkin vəziyyətdə durun, əllər “skott skamyası” üzərində. Ştanqın qrifindən çiyinlərin enində yuxarıdan tutun. Əli dirsəkdən bükməklə, aramla ştanqı yuxarı qaldırın və eləcə də aramla, çəkiyə nəzarət etməklə onu ilkin vəziyyətə geri qaytarın. Hərəkət zamanı korpusu hərəkətsiz saxlamaq lazımdır, belə olanda siz irəli-geri yellənmə etməyəcəksiniz.

Variant: göstərilən hərəkət EZ-ştanqının köməyi ilə ayaqüstə və trenajorlarda yerinə yetirilir.

 

 

Go to top