program

ŞTANQLA BİLƏKLƏRİN BÜKÜLMƏSİ

Təsiri: göstərilən hərəkət bazu önünün bükücü əzələlərinə təsir edir. Təsviri: ilkin vəziyyət – skamyanın kənarında elə oturun ki, bazu önü skamyanın üzərinə düşsün, əl isə sallansın. Ştanqın qrifini aşağıdan tutun və əlləri mümkün qədər aşağıdan açın, sonra əli bükün ki, ştanq yuxarı qalxsın. Aşağı nöqtədə çalışın ki, qrifi barmaqlara doğru sürüşdürəsiniz. Daha böyük nəticələr əldə etmək üçün dirsəkləri biləkdən yuxarıda yerləşdirmək lazımdır. Variant: göstərilən hərəkəti “bloklu trenajorda” , qantellərlə və yuxarıdan tutulma ilə yerinə yetirmək olar.