Əllərin ştanqla bükülməsi

Təsiri: Bu baza hərəkəti bisepslərə və bazu önü əzələlərin daxili təbəqələrinə təsir edir.

Təsviri: Ştanqı aşağı tərəfdən, çiyinlərin enindən bir qədər artıq məsafədə tutun. İlkin vəziyyətdə ştanqa aşağı salınmış əllərdə, omba səviyyəsində olmalıdır. Dirsəkləri bədəninizə sıxın və onları bütün yanaşma boyu hərəkətsiz saxlayın. İlkin vəziyyətdən ştanqı geniş trayektoriya boyu çiyinlərinizə doğru qaldırın. Bu nöqtədə bir saniyə dayanın, əzələləri əlavə olaraq da qısaldın, sonra isə eyni trayektoriya ilə ştanqı ilkin vəziyyətə geri qaytarın. Hərəkəti təkrar edin. Çalışın ki, hərəkət zamanı korpusunuzla özünüzə yardım etməyəsiniz.

Variantlar: Tutmanın enini dəyişməklə ağırlığın bisepsin daxili və xarici hissələrinə təsiri nəzərə almaq olar. Daha enli tutma zamanı ağırlıq bisepslərin daxili hissələrinə doğru istiqamətlənir, ensiz tutmada isə xarici hissələrə. “Çitinq”i minimuma endirmək üçün kürəyinizi divara söykəmək və hərəkəti bu vəziyyətdə yerinə yetirmək olar. Hərəkət həmçinin trenajorda da yerinə yetirilir.

 

 

Go to top