“Skott skamyasında” ştanq ilə qolların bükülməsi.

Təsiri: Hərəkət əsasən bisepslərin aşağı hissələrinə təsir edir.

Təsviri: Sinənizi “skott skamyasına” söykəməklə ilkin vəziyyəti alın və ştanqın qrifini aşağı tərəfdən tutun. Bu vəziyyətdə bisepslər bir-birinə papalel olmalıdır. Bədəni hərəkətsiz saxlamaqla, ştanqı mümkün olan qədər yuxarı qaldırın, əzələləri əlavə olaraq daraldın, sonra isə çəki üzərində nəzarəti saxlamaqla, onu, əllər tam düz vəziyyətə gələnə kimi aşağı salın.

Varintlar: Tutmanın enini dəyişməyə çalışın. Bu hərəkəti, növbə ilə hər bir əldə olmaqla qantellərlə, əyilmiş qrifi olan ştanqla tros trenajorunda yerinə yetirmək olar.

 

 

 

Go to top