OTURAQ VƏZİYYƏTDƏ QOLLARIN QANTELLƏRLƏ BÜKÜLMƏSİ

Təsiri: Hərəkət bisepslərə təsir edirək, əzələlərin şişməsi, formalaşması və onlara dəqiqlik verilməsinə xidmət edir. Əvvəlki hərəkətlərdən fərqli olaraq bu hərəkəti daha az ağırlıqlı qantellərlə yerinə yetirmək olar.

Təsviri: Üfüqi skamyanın kənarında oturun. Qantellər aşağı sallanmış əllərdə, ovuclar bir-birnə doğru çevrilmiş vəziyyətdə. Çalışın ki, dirsəklərinizlə hərəkət etməyəsiniz, eyni zamanda hər iki qanteli irəli və yuxarı qaldırın, bu vaxt ovucları özünüzə doğru çevirin. Yuxarı nöqtədə bir anlıq dayanın, əzələləri daraldın, sonra aramla eyni traektoriya üzrə ilkin vəziyyətə geri qayıdın. Hərəkəti təkrar edin.

Variantlar: Hərəkət ayaqüstə, eləcə də oturaq vəziyyətdə maili və uzanıqlı vəziyyətdə üfüqi skamyada yerinə yetirilir.

 

 

 

Go to top