QOLLARIN QANTELLƏRLƏ AYAQÜSTƏ NÖVBƏLİ BÜKÜLMƏSİ

Təsiri: Hərəkətlər   hər bir bisepsin fərdi işlədilməsi üçün yerinə yetirilir.

Təsviri: düz durun, qantellər aşağı salınmış əllərdə, ovuclar bir-birinə doğru çevrilib. Korpusun düzlüyünü və dirsəklərin hərəkətsizliyini saxlamaqla, əlin birini bükün və qanteli çiyinə qaldırın, eyni zamanda, əzələlərin dartılmasını gücləndirmək üçün ovucları bir-birinə və kənarlara doğru çevirin. Bir anlıq bu vəziyyətdə dayanın, sonra aramla çəkini müşayiət etməklə qanteli eyni trayektoriya üzrə ilkin vəziyyətə gətirin. Hərəkəti digər əllə təkrar edin.

Variantlar: Hərkəti maili və üfüqi skamyada oturaraq yerinə yetirin.

 

 

Go to top