program

AYAQÜSTƏ KONSENTRASİYALI BÜKÜLMƏ

Təsiri: Hərəkət bisepslərə “pikşəkilli” görkəm verir. Təsviri: qantelin birini götürün, irəli əyilin və əllərinizi aşağı salın. Ovuc özünüzə tərəf çevrilib. Sərbəst əlinizi dizinizə dayayın. Dirsəkləri hərəkət etdirmədən qanteli çiyinə qaldırın. Bu zaman biləyi kənara çevirin. Yuxarı nöqtədə bir anlıq dayanın və əzələləri əlavə olaraq dartın. Aramla, çəkini müşayət etməklə, qanteli ilkin vəziyyətə gətirin. Hərəkəti təkrar edin. Digər əlinizlə hərəkəti davam etdirin. Variant: Əllərin oturmuş vəziyyətdə konsentrasiyalı bükülməsi.