Başın arxasından ştanqla jim

Təsiri: əsas təsir deltaşəkilli əzələlərin qabaq və bir qədər də orta dəstələrinə yönəlir.

Təsviri: ştanqı elə tutun ki, aşağı nöqtədə bazu önü qrifə perpendikulyar olsun və onu başın arxasına keçirin. Təhlükəsizlik məqsədi ilə qrifin boyuna toxunması məsləhət deyil, ştanqı aşağı, gözlərin səviyyəsinə qədər (hərəkəti güzgü önündə yerinə yetirdikdə bunu izləmək daha asan olur) endirin. Ştanqı vertikal şəkildə yuxarı qaldırın. Hərəkət yerinə yetirilən zaman dirsəklər qrifin altında olmalıdır. Bu yükləməni deltaşəkilli əzələlərə istiqamətləndirmək və trisepslərin işini azaltmaq üçün lazımdır. Yuxarı nöqtədə qrif başın üzərində olmalıdır. Ştanqı aşağı salanda nəfəs alırıq, yuxarı qaldıranda nəfəsi buraxırıq. Hərəkət oturaq və ayaqüstü vəziyyətdə yerinə yetirilir.

 

Go to top