program

ÇİYİN

AYAQÜSTƏ QANTELLƏRLƏ JİM

Təsiri: əsas təsir deltaşəkilli əzələlərin qabaq hissəsinə gedir. Bu hərəkət, özünün daha böyük amplitudası səbəbindən ştanqla olan analoji hərəkətdən daha effektivdir. Təsviri: qantelləri çiyinə qaldırın və ovucları irəli cevirin. Qantelləri başınız üzərinə, demək olar ki, yuxarı nöqtədə qantellər birləşənə kimi qaldırın. Sonra qantelləri ilkin vəziyyətə, mümkün olan qədər aşağıya salın. Variantlar: hərəkət həmçinin, qantelləri bir-birinə paralel tutmaqla yerinə yetirilir, qantelləri növbə ilə qaldırmaq, eləcə də hərəkəti oturaq vəziyyətdə yerinə yetirmək olar.