Təsiri: əsas təsir deltaşəkilli əzələlərin arxa dəstələrinə yönəlir. Təsviri: ilkin vəziyyətdə skamyada oturun, irəli əyilin, qantellər dizin altına gətirilib, ovuclar bir-birinə doğu çevrilib. Bu vəziyyətdə qalmaqla qantelləri kənara qaldırın, biləkləri elə çevirin ki, yuxarı nöqtədə böyük barmaqlar çeçələ barmaqdan aşağıda olsun. Qantelləri ilkin vəziyyətə qaytarın, çalışın çəkiyə nəzarət edəsiniz. Yuxarı nöqtədə dirsəklər döşəməyə paralel, skamyaya perpendikulyar olur. Variantlar: 45 C0 bucaq altında olan skamyada üzü aşağı uzanaraq.