program

ÇİYİN

TROS TRENAJORUNDA ƏLLƏRİN ÇARPAZ QALDIRILMASI

Təsiri: əsas təsir deltaşəkilli əzələlərin orta dəstəsinə gedir. Tros trenajorunda oturaq  və ayaqüstü vəziyyətdə yerinə yetirlir. Təsviri: Tros trenajorunun dəstəyini yuxarıdan tutun, əl azacıq dirsəkdən qatlanır. Əli başdan yuxarı qaldırın, sonra ilkin vəziyyətə qaytarın. Hərəkət zamanı ovuc aşağı tərəfə çevrilir. Bir qədər irəli əyilmiş olsanız deltaşəkilli əzələlərin arxa dəstəsinə də təsir getmiş olar. Hərəkəti digər əllə də təkrar edin.