TƏK QANTELİN ƏYİLMİŞ VƏZİYYƏTDƏ BELƏ DOĞRU DARTILMASI

Təsiri: Bu hərəkət kürəyin hər tərəfinin təcrid olunmuş işlədilməsinə xidmət edir. Əsasən, enli əzələlərə təsir edir, lakin həmcinin bisepslər, deltaşəkillilərin arxa baş hissəsi və bazu əzələlərinə də ağırlıq düşür. Qantellərdən istifadə etməklə hərəkətlərin geniş amplitudasına nail olmaq olar. 
Təsviri: Qanteli tək əllə götürün və gövdənin döşəməyə paralel olması vəziyyətinə qədər irəliyə doğru əyilin. Boşda qalan əlinizlə skamyaya söykənin. Bu vəziyyətdən qanteli belinizə doğru dartın (bu vaxt ovuclar icəriyə, özünə  doğru cevrilir), əzələlərin qısalmasını hiss edin, sonra yavaş-yavaş, cəki üzərində nəzarəti saxlamaqla, başlanğıc vəziyyətinə qayıdın. Hərəkətlər zamanı gövdə hərəkətsiz qalmalıdır. Bu hərəkət zamanı əsas diqqəti əllərin deyil, kürəyin əzələlərində cəmləmək lazımdı.

 

Go to top