Kürəyi üstə uzanıqlı vəziyyətdən ayaqların qaldırılması

Təsiri: göstərilən hərəkət qarın əzələlərinin aşağı hissəsinə təsir edir.

Təsviri: ilkin vəziyyət – döşəmə üzərində uzanırsınız, əllər də döşəmənin üzərində, gövdənin yanındadır. Ayaqlarınızı yuxarı, döşəməyə perpendikulyar vəziyyətə qədər qaldırın. Çalışın ki, ayaqlarınızı dizdən qatlamayasınız. Aramla ilkin vəziyyətə qayıdın. Hərəkəti təkrar edin.

 

Go to top