program

TİRDƏN ASILI VƏZİYYƏTDƏ QATLANAQLI AYAQLARIN QALDIRILMASI

Təsiri: göstərilən hərəkət qarın əzələlərinin aşağı hissəsinə təsir edir. Təsviri: ilkin vəziyyət – turnikdə yuxarıdan tutmaqla sallanın, nəfəsi alın. Bu vəziyyətdən nəfəsinizi buraxmaqla ayaqlarınızı dizdən qatlamaqla maksimum dərəcədə yuxarı qaldırın. Ayaqları ilkin vəziyyətə qədər aşağı salın, yaxşı olardı ki, sona qədər deyil. Hərəkətlər qısa amplituda üzrə yerinə yetirlir. Çalışın ki, hərəkəti yerinə yetirən zaman yellənməyəsiniz. Bunun üçün “isveç divarı”ndan istifadə etmək olar. 3 yanaşmada 20-50 dəfə arası təkrar edin. Variantlar: hərəkətlər həmçinin tam olaraq düz tutulmuş ayaqla (məsləhət görülmür) və əlavə çəki ilə də yerinə yetirilə bilər. Eləcə də trenajorda dirsəklər üzərində dayaqlanmaqla yerinə yetirilə bilər.