Əyilmiş vəziyyətdə bədənin dönməsi

Təsiri: göstərilən hərəkət qarının çəp əzələlərinə təsir edir.

Təsviri: ilkin vəziyyət – ayaqüstə, ayaqlar çiyinlərin enində, yüngül qrif və ya dəyənək başın arxasında çiyində, bədən bir az irəli əyilib. Bu vəziyətdən ombaları tərpətmədən bədəni elə bir vəziyyətə qədər çevirin ki, qrif döşəməyə perpendikulyar olsun. Hərəkətlər fasiləsiz olmalıdır. Ayaqlar qatlanmamalıdır.

 

Go to top