ŞTANQIN MAİLİ SKAMYADA UZANARAQ QALDIRMA(JİM)

Təsirləri: 45 dərəcə bucaq altında quraşdırılmış maili skamyada jim, ağırlığı sinə əzəzlələrinin yuxarı hissəsinə kecirir. Hərəkət həm də deltaları və trisepsləri də işlədir.
Təsviri: Ştanqı dirəkdən götürün və əlləri düzəldin. Ştanqı sinə əzələlərinin yuxarı hissəsinə, körpücük səviyyəsinə endirin. Bir anlıq dayanın və asta-asta başlanğıc vəziyyətinə qayıdın. Hərəkəti edərkən calışın ki, dirsəklər yana tərəfə cıxsın. Bu hərəkətdə ştanqın və onun hərəkət trayektoriyasının optimal vəziyyətini tapmaq lazımdır. Əks halda ştanq irəli və ya geriyə “gedəcək”.

Variantlar: Skamyanın maililik bucağı ilə eksperiment edin. 30 dərəcəlik maililik ağırlığın deltaşəkilli əzələlərdən götürüb sinə əzələlərinə istiqamətləndirməyə imkan verir.

 

Go to top