ÜFÜQİ SKAMYADA UZANARAQ QANTELLƏRİN QALDIRMASI(JİM)

Təsirləri: Hərəkət sinə əzələlərinin xarici hissələrini inkişaf etdirir. Qantellərin köməyi ilə, ştanqdan fərqli olaraq, daha hərəkət amplitudasına nail olunur. Bundan əlavə, müvazinət saxlamaq vacibliyi, əzələləri adət etmədiyi şəkildə, yeni qaydada ağırlığa müqavimət göstərməyə məcbur edir. 

Təsviri: horizontal skamyada uzanın. Qantelləri götürün və onları üzərinizdə qaldırılmış əllərinzdə saxlayın. Ovuclar önə tərəf cevrilmiş olmalıdı. Qantelləri sinənizə doğru mümkün qədər aşağı endirin ki, əzələlər dartılsın, sonra qantelləri əllərin tam düz olma vəziyyətinə qədər qaldırın. 

Variantlar: Bu hərəkəti də maili skamyada yerinə yetirmək olar. Bu halda (maililiyin bucağı 0-dan 90 dərəcəyə qədər dəyişir) maililik bucağı nə qədər cox olarsa, sinə əzələlərinin yuxarı hissəsi bir o qədər intensiv şəkildə işləyəcək. Maili skamyada oturun və qantelləri ciyinlərinizə qaldırın. Ovuclar önə tərəf acılmalıdır. Eyni zamanda qantelləri yuxarı qaldırın və başlanğıc vəziyyətinə qaytarın. Rəngarənglik ücün ovucların vəziyyətinin dəyişin (qantellər paralel olmalıdır).
Hərəkətin başqa variantı da var: başı aşağı vəziyyətdə maili skamyada uzanaraq sıxma.

 

Go to top