program

FRANSIZ JİMİ

Təsiri: göstərilən hərəkət bütövlükdə trisepsləri, xüsusilə də trisepslərin orta və daxili topluluqlarını işlədir. Təsviri: ilkin vəziyyət – maili skamyada başıaşğı vəziyyətdə uzanın. Ştanqın qrifini dar tutma ilə tutun, ştanqı dirəkdən götürün və onu irəli uzadılmış əllərdə saxlayın. Bu vəziyyətdən əlləri döşəməyə elə perpendikulyar saxlayın ki, qrif demək olar ki, alına toxunsun. Aramla, eyni trayektoriya ilə ilkin vəziyyətə qayıdın. Ştanqı ancaq trisepslər hesabına qaldırmaq lazımdır. Variantlar: Göstərilən hərəkətin yerinə yetirilmə variantları çoxsaylıdır. Onu, ayaqüstə, oturaraq, müxtəlif bucaqlar altında  maili skamyada uzanaraq, qantellərlə, trenajorlarda, qrifi əyri olan ştanqla yerinə yetirmək olar. Əyilmiş qrifli ştanqla hərəkətin yerinə yetirilməsi ən rahatı hesab edilir, belə ki, ağırlığı bazu önü götürür.