program

ƏYİLMİŞ VƏZİYYƏTİNDƏ QANTELLƏRLƏ QOLLARINN DÜZƏLDİLMƏSİ

Təsiri: göstərilən hərəkət trisepslərin yuxarı hissəsinə təsir edir. Təsviri: qanteli bir əlinizə götürün, əyilin və digər əlinizi skamyaya və ya dizinizə dayayın, ayağınızdan birini o birində irəli qoyun. Qantel olan əli 90C0 bucaqla dirsəkdə elə bükün ki, bazu önü döşəməyə perpendikulyar olsun. Bu vəziyyətdən, dirsəkləri hərəkətsiz saxlamaqla və əli bədəndən ayırmamaqla qantelləri elə qaldırın ki, yuxarı nöqtədə bazu önü döşəməyə paralel olsun. Bir neçə saniyə bu vəziyyətdə dayanın və eyni trayektoriya ilə ilkin vəziyyətə qayıdın. Bütün hərəkət boyu ovuclar özünüzə tərəf çevrilmiş olmalıdır. Variantlar: hərəkət həmçinin iki əldə də qantel olmaqla, dayaqsız və tros trenajorunda yerinə yetirilə bilər.