Brusda trisepslərə yönəlmiş jim

Təsiri: hərəkət trisepslərin və sinə əzələlərinin aşağı hissəsinin inkişafına yönəlib. Paralel olan bruslarda şəxsi çəkinin ağırlığı və ya əlavə ağırlıqla yerinə yetirilir.

 

Təsviri: ilkin vəziyyət – dirsəklər kənara ayrılıb, kürək düz. Aramla, nəfəs alaraq çox da dərin olmadan oturun, sonra nəfəsi buraxmaqla ilkin vəziyyətə qayıdın. Hərəkətin yuxarı nöqtəsində əlavə olaraq sinə əzələlərini gərin. Bu hərəkət zamanı nə qədər çox əyilsəniz, sinə əzələləri bir o qədər çox ağırlıq alacaq, müvafiq olaraq korpusunuz nə qədər düz olarsa, trisepslər bir o qədər çox işləyər.

Variant: tutmanın eni ilə eksperimentlər keçirin.

 

Go to top