Pauerliftinqdə hərəkətlərin yerinə yetirlməsi qaydaları - Yerdən qaldırma

 

 Yerdən qaldırma(Stanovaya tyaqa)

  1. Ştanq üfiqi vəziyyətdə atletin ayaqlarının qarşısında yerləşməlidir, sərbəst iki əlli tutma ilə saxlanmalı və atletin tam vertikal vəziyyət almasına qədər qaldırılmalıdır. Ştanqın hərəkət zamanı dayanmasına icazə verilir, lakin onun aşağıya doğru hərəkəti yolverilməzdir.
  2. Atlet pomostun ön tərəfinə doğru üzü çevrilmiş dayanmalıdır.
  3. Ştanqın qaldırılmasının sonunda ayaqlar dizdən tam olaraq düzəlmiş olmalıdır, atlet isə vertikal vəziyyətə gəlməlidir.
  4. Baş hakimin işarəsi əlin aşağı hərəkəti və aydın seçilən “Down” (“daun”) komandasından ibarətdir. İşarə, ştanqın hərəkətsiz vəziyyətdə fiksə edilməsi və atletin mübahisəsiz final duruşunda olması halına qədər verilmir.

  5. Ştanqın istənilən qaldırılması və ya onun bilərəkdən qaldırma cəhdi, yanaşma hesab edilir.

 

 

Yerdən qaldırmada çəkinin hesaba alınmaması səbəbləri

  1. Ştanqın final vəziyyətinə gəlməmişdən əvvəl istənilən aşağıya hərəkəti.
  2. Vertikal vəziyyətin alınmasında buraxılan səhvlər
  3. Hərəkətin yerinə yetirilməsi sonunda ayaqların dizdən tam olaraq düzəlməməsi.
  4. Qaldırma zamanı ştanqın ombalarla(bedra) dəstəklənməsi. “Dəstək” atlet tərəfindən korpusun elə bir vəziyyəti ilə müəyyən edilir ki, o, ancaq qaldırılan çəkinin tarazlaşdırılması hesabına saxlanıla bilsin.
  5. Dabanların aşkar yerdəyişməsi kimi qiymətləndirilə biləcək irəli və ya geri addım, eləcə də yan hərəkətləri.
  6. Baş hakimin işarəsi gəlmədən ştanqın aşağı salınması.
  7. Ştanqın pomosta hər iki əllə nəzarət etmədən endirilməsi.

 

Go to top