program

QİDALANMA

Əzələ artımı üçün qidalanmanın sirləri

Əzələ artımı üçün qidalanmanın sirləri

Əgər Siz ciddi şəkildə güc treninqi ilə məşğul olmağı qətiləşdirmisinizsə, Sizin əzələ artırmaq və ya yüksək güc nəticələri istəklərinizdən asılı olmayaraq, əzələ liflərin fəaliyyət prinsipini dərk etməniz lazımdır. Bizim bu məqaləmizin mövzusu idmançının qidalanmasına həsr edildiyindən, detallarına varmadan, qısa şəkildə əzələlərin fəaliyyətini belə təsvir etmək olar. Fiziki gərginlik zamanı əzələ lifləri qısalır. Güc treninqindəki maksimal gərginlik zamanı əzələ lifləri ortadan qopur, bir lifdən ikisi alınır, hansı ki, onlar bərpa olunurlar, eyni zamanda da yeni yaranmış lifdən hər biri can atır ki, tam dəyərli olsun. Məhz buna görədir ki, ağır məşqlərdən sonra əzələlər ağrıyır, qopmuş əzələlərin sağalması və bərpası prosesi gedir.

Və yəqin ki Sizə də məlum olduğu kimi, havadan qala qurmaq mümkün deyil. Buna görə də əzələ kütləsinin artması üçün Sizin orqanizminizə qidalanma tələb edilir. Lakin idmançı üçün, xüsusilə də böyük həcmli əzələlərə malik olmaq istəyənlər xüsusi qidalanma tələb edlir. Onun xüsusiliyi hər hansısa gizli reseptlərdə deyil, necə ki, bəziləri belə düşünür, əsas olanı qida üçün nəyin istifadə edilməsinin vacibliyidir. Bu isə onunla şərtləndirilir ki, müxtəlif ərzaq məhsulları müxtəlif zülal, piy, karbohidrat, Sizin əzələləriniz belə vacib olan müxtəlif amin turşuları tərkibinə malikdir.

Yəqinki, uşaqlıqdan bizim hər birimiz dəfələrlə südün faydası, xüsusən də böyüməkdə olan orqanizm üçün faydası barədə eşidib. Bu yüksək sayda amin turşuları, zülal və minimal həcmdə piy tərkibi olan əvəzedilməz ərzaq məhsuludur. Əgər südü proteinlə uyğunlaşdıraraq qəbul etsək, onda hər iki məhsulun effekti güclənəcək.

Südün faydalı olması ilə əlaqədar olaraq istənilən süd məhsulları. Xüsusən də kəsmik heç də az faydalı deyil. Kəsmik ümumiyyətlə, bodibilderlərin qidalanması üçün müstəsna əhəmiyyətə malikdir. O, özündə yüksək kalorilik, aşağı həcmdə piy olması ilə bərabər çox miqdarda zülalların olması kimi xüsusiyyətləri birləşdirir. Siz onun qablaşdırıldığı qabın üzərinə baxmaqla buna əmin ola bilərsiniz. Əzələlərin artırılması üçün pendir də az faydalı deyil.

İdmançılar üçün gözəl qida məhsulu pəhriz ətidir, məsələn mal əti və ya dana əti. Pəhriz ətində zülal dərəcəsi kifayət qədər yüksəkdir, yüz qram ətdə otuz qrama yaxın zülal var. Elə kaloriliyi də, yəni ətin enerji tutumu da olduqca yuxarıdır, iki min kaloriyə yaxındır.

Daha da faydalı qida məhsulu ağ toyuq ətidir, onun tərkibində mal ətində olduğundan bir az çox zülal var, lakin piy əhəmiyyətli dərəcədə azdır. Bütün heyvan tərkibli ərzaq məhsullarının içərisində əzəllərinizin qidalanması üçün  toyuq əti zülal, piy və karbohidratların uyğunluq variantına görə ən optimalıdır.

Onunla bu sahədə rəqabət apara biləcək tək qida, bəlkə də balıqdır, xüsusilə də elit cinslərin nümayəndələri olanlar, məsələn, tuna, qızılbalıq və başqa bu kimiləridir. Yüksək dərəcədə zülal tərkibindən başqa balıqda, təkcə əzələlər üçn deyil, eləcə də bütövlükdə insan orqanizmi üçün vacib olan müxtəlif başqa mikroelementlər də vardır. Balıq məhsullarında uzaq durmaq, ən azı axmaqlıqdır.

İstənilən bodibilderin qidalanmasında ən mühüm ərzaq vasitələrindən biri, sadə ərzaq olan yumurtadır. Məhz onun sadəliyi elə onun gözəlliyidir, ona görə də nəinki hazırlanmada sadəsir, həm də yumurta zülalları orqanizm tərəfindən asanlıqla həzm olunur. Bunun üçün də yumurtalar əzələlərin artması baxımından belə vacibdir.

Əgər Siz hər hansısa bir səbəblərdən heyvan mənşəli qida məhsullarından istifadə etmirsinizsə, bu o demək deyildir ki, böyük və güclü əzələlər Sizin üçün deyil. Bitki mənşəli bir çox ərzaqlar mövcuddur ki, idman qidalanması rolunu uğurla icra edirlər.

İdmançının qidalanmsaı üçün bitki mənşəli qidaların sırasında sözsüz lider olanı soyadır. Tərkibində, təxminən elə ətdə də olduğu qədər yüksək dərəcədə zülal olmasından əlavə soyanın tərkibinə böyük miqdarda müxtəlif  vitaminlər, eləcə də əzələ liflərinin qurulmasında heç də sonuncu rolu oynamayan mikroelementlər vardır. Soyadan başqa tərkibi zülalla zəngin olan diğər ərzaq növləri badam (məhsulun 100 qramına 8 qram) və bir qədər ekzotika sayılan kinvadır. Bitki mənşəli ərzaqların fərqli xüsusiyyəti ondan ibarətdir ki, tərkibləri zülalla yanaşı müxtəlif mikroelement və vitaminlərlə heyvan mənşəli ərzaqlarda olduğundan daha zəngindir.

Gördüyünüz kimi ərzaq seçimi olduqca böyükdür, buna görə də müxtəlif növ menyuların tərtib edilməsi üçün böyük meydan var ki, bu Sizin üçün faydalı ərzaq məhsullarının istifadəsini xoşagələn prosedura çevirəcək.