program

QİDALANMA

İdmançılar üçün faydalı səhər yeməyinin resepti

İdmançılar üçün faydalı səhər yeməyinin resepti

İdmançılar üçün ən faydalı və dadlı səhər yeməyinin resepti! Yulaf yarması(ovsyanka, qerkules) banan və kakao ilə! Tərkibində çoxlu zülal, kalsium olan və piylər olmayan səhər yeməyi! 1/4 stəkan yulaf yarması (овсяные хлопья) 1/3 stəkan süd

1/4 yoqurt
1 xörək qaşığı kakao tozu
1 çay qaşığı bal
1/4 fincan banan(xırda doğranmış)

Bankaya(0,5 litr) bu tərkibləri yerləşdiririk və qapağı bağladıqdan sonra, yaxşıca qarışdırırıq(bankanı tərpədərək). Qapağı açırıq və yenə xırda doğranmış banan əlavə edirik və qarışdırırıq(qaşıqla). Bankanı qapaqla bağlayırıq və soyuducuya bir gecəlik yerləşdirik. Səhər yeməyimiz hazırdı!

P.S. Bananın yerinə başqa meyvələr də istifadə etmək olar - alma, mandarin, apelsin və s.