Orqanizmin möhkəmlənməsi üçün resept

İnqredientlər:

3 limon

200 qram qoz ləpəsi

150 qram kişmiş

150 qram ərik qurusu

150 qram qaragavalı

200 qram bal

İtburnu(шиповник) siropu

Hazırlanma

Limonları, meyvə qurularını və qoz ləpəsini xırda doğramaq və şüşə bankaya yığmaq, bal və itburnu siropu əlavə etmək və 1 həftə soyuq yerdə saxlamaq.

Qəbul qaydası

Gündə 1 dəfə 1 xörək qaşığı acqarına qəbul etmək. Bu tərkibi payız və yaz aylarında, ildə 2 dəfə qəbul etsəz - öz orqanizminizi çox gücləndirəcəksiniz!

 

Go to top