Bodibilderin menyusunda 20 ən yaxşı qida

1. YUMURTA

Bütöv yumurtanın tərkibində çoxlu miqdarda zülal var (1 yumurtada 6 qramdan 8 qramadək), o vitaminlər, sink, dəmir və kalsium ilə zəngindir. Bu onu əzələ kütləsinin artımı üçün ən vacib və balanslaşdırılmış qidalanma məhsullarından biri edir.

 

2. TÖYUQ DÖŞÜ

Toyuq döşünün hər 100 qramından siz minimum yağ tərkibli təxminən 21 qram zülal alırsınız. Toyuq döşü nisbətən ucuzdur, asan bişirilir və onu müxtəlif variantlarda hazırlamaq olar.

3. SU

Su qida olmasa da, hidrasiya əzələ tikintisinin vacib hissəsidir. Bizim orqanizm 70%, əzələ toxuması isə - 75 % sudan ibarətdir. Kifayət miqdarda suyun qəbulu gücün artmasına, enerjinin çoxalmasına və düzgün həzm prosesinə kömək edir. Çalışın bədən çəkisinin hər kiloqramına təxminən 0,6 ml su içəsiniz.

4. BALIQ YAĞI

Balıq yağı orqanizmə ağır məşqlərdən sonra bərpa olmağa kömək edən iltihaba qarşı xüsusiyətlərə malikdir. Bu o deməkdir ki, siz daha çox məşq edə biləcəksiniz. Bundan əlavə balıq yağı sizin metabolizminizi sürətləndirə bilər. Beləliklə siz yalnız əzələ kütləsini artırmayacaqsınız, həm də əzələ relyefinin çıxması üçün dərialtı piy ehtiyatlarını yox edə biləcəksiniz.

5. MAL ƏTİ

Orqanik (otlaqlarda yetişdirilmiş) mal ətinin tərkibində omeqa-3 yağ turşuları, 400% daha çox А vitamini (beta-karotin) və E vitamini var. Mal əti – əla keyfiyyətli zülal mənbəyidir.

6. HİNDUŞQA ƏTİ

Hinduşqa əti – əzələ kütləsinin artımı üçün lazımi qədər qiymətləndirilmməmiş qidalanma məhsullarından biridir. Hinduşqa əti zülal, 11 vitamin və mineralların əla mənbəyidir. O həmçinin, bəzi araşdırmalara görə hətta bəzi xərçəng xəstəliyi növlərinə qalib gəlməyə qadir olan selenlə zəngindir.

7. QARABAŞAQ

Qarabaşaq(qrecka) – əzələ kütləsini artırmağa kömək edən karbohidratlar mənbəyidir. Qarabaşaq yarmasının 100 qramında bioloji dəyəri 90%-dan çox olan 18 qram zülal var! Bu bütün lazım olan aminturşularının yuksək konsentrasiyası ilə izah oluna bilər. Qarabaşaq əzələ artımı üçün pəhrizinizə əla əlavə ola bilər.

8. YULAF

Yulaf yarması (qerkules) düzgün qidalanmanın əvəzolunmaz komponentidir. Yulafın bütöv dənəsində karbohidratlar, sellüloz, zülal, minerallar və vitaminlər birləşib. Özü də bu “ləng” karbohidratlardır, yəni siz daha uzun müddət tox qalırsınız və qanda şəkərin səviyyəsini sabit saxlayırsınız.

9. ANANAS

Ananas “bromelain” adlı proteolitik həzm fermentlərinin zəngin mənbəyidir. Bu ferment əzələlərin iltihabını azaldır, yağları əridir, zülal və karbohidrat mübadiləsində iştirak edir. Bu ananası məşqdən sonra qidalanma üçün əla əlavə edir.

10. İSPANAQ

Ratger universitetinin tədqiqatçıları 2008-ci ildə müəyyən etmişdirlər ki, ispanağın tərkibində olan fitoekdisteroidlər əzələ artımını düz 20%-dək artıra bilərlər! Lakin bu effektə nail olmaq üçün gündə 2 kq ispanaq yemək lazımdır.

11. BATAT (ŞİRİN KARTOF)

Karbohidratlar sizin bədəniniz üçün əsas qidalandırıcı mühit sayılırlar və onlar həmçinin əzələ artımına kömək edirlər. Batat əzələ tikintisi üçün enerji və yanacaq ehtiyatlarının doldurulmasının ən yaxşı variantlarından biridir. Bundan başqa, o vitamin və minerallarla doludur, həmçinin batat sizə qanda şəkərin normal səviyyəsini və toxluq hissini saxlamağa kömək edəcəkdir.

12. QIZILBALIQ

Qızılbalıq güclü zülal və ideal omeqa-3 yağ turşuları mənbəyidir. Bu ikiqat zərbə sizə arzuladığnız əzələ həcmini yetişdirməyə kömək edəcək. Qızılbalıq həmçinin metabolizmi sürətləndirməyə və istədiyiniz nəticələrə daha tez nail olmağa kömək edəcəkdir.

13. ZƏRDAB ZÜLALI

Zərdab zülalı (Whey) – “sürətli” zülaldır və onu məşqdən sonra qəbul etmək daha yaxşıdır. Onun tərkibində əzələlərin qurulmasında və saxlanılmasında həlledici rola malik olan aminturşuları var. Zərdab zülalının ən böyük üstünlüyü – yüksək bioloji dəyərə malik olmasıdır.

14. BROKKOLİ

Brokkoli dəyərli qida lifləri ilə zəngindir. Siz hər gün tərəvəzlər (brokkoli, qulançar (sparja), ispanaq, pomidor, istiot, soğan) yeməlisiniz, bundan gözəl vitamin, mineral və sellüloz mənbəyi tapa bilməzsiniz.

15. QƏHVƏYİ DÜYÜ

Qəhvəyi (təmizlənməmiş) düyü – sağlam qidalanmanın və əzələ artımı üçün qidalanmanın qiymətli elementidir. 100 qram düyünün tərkibində 4 qram sellüloz və 8 qram zülal var.

16. KƏSMİK

Kəsmik – əzələ kütləsinin artımı üçün tapa biləcəyiniz ən yaxşı məhsullardan biridir. Cəmi 100 qram kəsmik sizə 28 qram qiymətli zülal verəcəkdir. Kəsmik həmçinin ona görə qiymətlidir ki, o “sürətli” və “ləng” zülalların kombinasiyasından ibarətdir.

17. ŞOKOLAD

Bu həqiqətə oxşamaq üçün həddindən yaxşı xəbərdir. Lakin şokolad sizə əzələləri artırmağa kömək edə bilər. Beynəlxalq idman qidalanması jurnalında dərc edilmiş araşdırmadan məlum olub ki, şokolad idman içkiləri qədər effektiv imiş. O yerinə yetirilmiş məşqlərin ümumi həcminə müsbət təsir edir və yorğunluğu gecikdirir.

18. QIRMIZI PƏHRİZ ƏTİ

Qırmızı ət – yağsız pəhriz əti və tam qiymətli aminturşuları mənbəyidir. Ətin tərkibində həmçinin B qrupundan olan vitaminlər, dəmir, fosfor, selen, sink, mis və kreatin var.

19. PAXLALILAR

Paxlalılar (lobya, noxud, mərcimək, maş) – ətin vegetarian alternatividirlər. Paxlalıların tərkibində əzələlərin artımı üçün lazım olan çoxlu zülal var. Bundan başqa, bu məhsullar bizi qanda insulinin normal səviyyəsini pozmadan zülalla təmin edirlər.

20. QOZ

Qoz insanı zülallar və faydalı yağlarla təmin edir. O əzələlər üçün ən faydalı olan E vitamini ilə zəngindir. Qoz – azad radikallarla mübarizə aparan güclü antioksidantdır və məşqlərdən sonra daha tez bərpa olmağa kömək edir.

 

Go to top