Pressin yığılmasında buraxılan 5 səhv

Növbəti amerikan döyüş filmində görəndəki igid qəhrəman həmişə və hər yerdə öz yastı və relyefli qarnını nümayiş etdirir, hamıda təbii olaraq o qəhrəmana oxşamaq istəyi yaranır.

 

Axı həmişə ən vacib olanı – idmana doğru birinici addımı atmaqdır, lakin bu zaman ehtiyatla elə addım atmaq lazımdır ki, sağlamlığınıza ziyan vurmayasınız və elə birinci hərkətdən sonra sağlamlıq ideyasını uzun müddətə kənara atmalı olmayasınız. Gözəl bədən və yaxşı press haqqındakı arzuları elə arzu olaraq da qalmasına səbəb olan əsas səhvlərlə tanış olun.

 

 

Müntəzəm olaraq məşqləri “sabaha” təxirə salırıq.

Məşhur reklamın şüarında deyilir: “Sadəcə et bunu!”. Necə deyərlər, “burada və indiki zamanda” press üçün bir neçə hərəkət yerinə yetirin. Ən nadir halda bu anı dəqiq təyin edilmiş zamana kimi təxirə salmaq olar və verdiyiniz sözü tutduqdan sonra nə iləsə xoş olan bir şeylə sevindirmək olar, və ya əks halda özünüzə qarşı ağır cərimə sanksiyaları tətbiq etmək lazımdır, yəni özünüzü sevimli əyləcələrinizdən birindən məhrum edin. Bax. Bu birinci addımdır. Indi keçək ikinci səhvə.

 

Birinci məşqdə qəhrəman, sonra isə ...

Bəziləri elə birinci məşqdən tam proqram üzrə elə məşq edirlər ki. bütün bədən “yanır”. Belə etmək lazım deyil, məsləhət görürük ki, öz gücünüzün 80%-i həcmində iki və ya üç hərəkət yerinə yetirin. Bu əzələlərin artmasına gətirməyəcək, amma əvəzində növbəti məşqdən əvvəl bərklik sizi güclü şəkildə incitməyəcək.

 

Qeyri-müntəzəm məşq edirik.

Məsləhət görülür ki, ən yaxşısı günaşırı məşq edəsiniz, ağırlığı tədricən artırasınız. İdmanda yeni olanlar əsas diqqətlərini ilk növbədə məşqlərin müntəzəmliyinə verməlidirlər. Ən azı bir yanaşma olsun və qoy cəmi 2-3 təkrar edə biləcəksiniz, amma mütləq bunu bir gündən bir edin ki, artıq vərdiş halına gəlsin.

 

Hərəkətlərin yerinə yetirilməsinin düzgün olmayan texnikasından istifadə edirik.

Daima yadda saxlayın ki, sıçrayışlı təlaşlı hərəkətlər etmək lazım deyil, sizin müvəffəqiyyətiniz tən yarısı – idman hərəkətlərinin düzgün yerinə yetirilməsidir. Təkrarları tam olaraq sakit vəziyyətdə edin, ağırlığı bu zaman üzərində çalşdığınız pressinin üzərində bərabər bölün, istər mənfi, istərsə də müsbət fazada.

 

Boyunu həddən artıq yükləyirik.

Nisbətən daha tez-tez müşahidə etməli oluruq ki, idman zalına yeni gələnlər hərəkəti yerinə yetirən zaman var gücləri ilə boyunlarını dartır, çənəni sinəyə toxundururlar. Belə taktika sizin boynunuza agır zədə yetirə bilər, hələ onu demirik ki, bütün bu güclü ağrı hissləri ilə yekunlaşır. Hərəkət zamanı boynunuzu əllərinizlə dartmayın, yüngül bir tərzdə barmağınızın ucları onu ancaq saxlayın, bu zaman sinə ilə çənə arasındakı məsafə sizin ovucunuzdan böyük olmamalıdır.

 

İndi siz qarın əzələlərinin effektiv inkişafı üçün lazım olan düzgün hərəkətlərin prinsiplərini bilirsiniz və sizə ancaq birinci addımı atmağa qərar verməyiniz qalır. Burda və indi!

 

Go to top