Bodibildinq məşqlərinin əsas 7 prinsipi - məsləhətlər

 

1.    Diqqəti baza hərəkətlərdə cəmləşdirin.
Baza hərəkətlər- bu sizin bədənizin böyük qism əzələlərinin hərəkətdə olduğu hərəkətlərdir. Ən mühüm hərəkətlər ştanqla otutub-durma, yerdən qaldırma və ştanqla jimdir. Baza hərəkətləri təcrid edən hərəkətlərdən daha cox iş görür və trenajor zalında 90 % nəticə verir.


2.    Yaxşı texnikadan istifadə edin.

Siz böyük cəki qaldırmağa başlayan zaman yaxşı texnikanın olması vacibdir, ona görə ki, bu uzunmüddətli gələcəkdə idman zədələrinin olmasından qacmağa imkan verir. Qaldırılan cəki artdıqca texnika daha mühüm olur. Kicik cəkilərlə məşğul olandan balayaraq, öz rekordlarınızı yeniləməyə başlamamışdan yaxşı texnika üzərində calışın. Pis hərəkət texnikası nəticəsində alınan zədə sizi həftələrlə və ya aylarla sıradan cıxara bilər və siz hec vaxt yaxşı texnikaya səhlənkar yanaşmamalısınız.

3.    Cəkini artırın.
Əlbəttə, daha güclü olmaq ücün bədəninizə bir necə həftə ərzində cəkinin artırılması ilə əlaqədar vəzifə verməlisiniz. Siz həmişə yadda saxlamalısnız ki, əgər güclü olmaq istəyirsinizsə- qaldırılan cəki artırılmalıdır. Hec də həmişə hər həftə cəki artıra bilmək iqtidarında olmayacaqsınız, cünki digər amillər, məsələn yorğunluq və ya diqqətin zəifliyi sizi bu vəziyyətdən yayındıra bilər. Calışın ki, cəkini hər dəfə az həcmlərdə, hər dəfə trenajor zalına gələndə artırasınız.

 

4.    Hədəflər müəyyən edin
İstənilən sahədə inkişafa və müvəffəqiyyətə nail olmaq, arzuladığınız məqsədə yetişmək ücün, siz sabit və əldəolunabiləcək şəraitə malik olmalısınız. Əgər idman zalına gedirsinizsə, orda nə edəcəyinizi bilmirsinizsə, sizin məşqiniz cox aşağı keyfiyyətli olacaq. Ayağınızı idman zalının kəndarından icəri qoymamışdan əvvəl siz dəqiq bilməlisiniz ki, məhz hənsı hərəkətləri edəcək və hansı cəkiləri qaldırmağa cəhd edəcəksiniz.  Məsləhət görərdik ki, özünüzlə kitabca gəzdirin ki, yerinə yetirdiyiniz hərəkətləri və əldə etdiyiniz nəticələri qeyd edəsiniz. Əgər sizin hədəflərinizin aydın təsəvvür edilən siyahısı varsa, məşqlərdə daha cox nəticələrə nail olmaq olar.

5.    Həddən artıq yüklənməyin
Söhbət məşq, güc və idman yarışlarından gedərkən həddən artıq yüklənmək - ən pis düşməndir. Əgər siz yüklənirsizsə, sizin bədəniniz doğru reqenerasiya qadir olmayacaq və son nəticədə inkişaf olmayacaq, siz zəif olacaqsınız. Sizin bədəniniz trenajor zalında deyil, siz istirahət edən zaman güclü olur, bərpa edilir. Bədənin bərpa olunması ücün kifayət qədər yemək və yuxu vacibdir. Güclü olmaq ücün siz məşğələlər arasında böyük fasilələr etməlisiniz. Məşqlər arasında yaxşıca istirahət edin ki, bədəniniz ağır məşqlərdən sonra tam olaraq bərpa oluna bilsin. Əgər güc sizin əsas hədəfinizdirsə, onda iki və ya üc gün fasilə məsləhət görmək olar.

6.    Diqqətinizi pəhrizdə cəmləşdirin
Qida, istənilən güc məşqinin mühüm bir hissəsidir. Güclü və əzələli olmaq ücün, tərəvəzlər, zülallar, mürəkkəb karbohidratlar və piylərlə zəngin olan pəhriz lazımdır. Pəhriz məşq zalındakı müvəffəqiyyətin 80%-ni təmin edir. Əgər sizin pəhriziniz düzgündürsə, sizin güc və dözümlülüyünüz də olacaq. Kim güclü olmaq istəyirsə, gün ərzində 6-dan az olmayan zülalla zəngin qidadan istifadə etməlidir.

7.    İsrarlı olun
Hec kim bir həftə ərzində nəticəyə nail ola bilməz və zaman olacaq ki, sizə elə gələcək ki, sizdə hec bir inkişaf getmir. Əzələ kütləsi və gücün artırılması prosesi öncədən görünən deyil və hətta sizə elə gəlsə də ki, yerinizdə sayırsınız, işləməyə davam etmək lazımdır. İnsanların bir coxu, elə  mərhələlərlə üzləşir ki, inkişaf olmur. Amma bir müddətdən sonra, inkişaf yenidən başlayır. Diqqətinizi yaxşı qida, istirahətdə cəmləşdirin və siz nəticəni görəcəksiniz!

 

Go to top