6 dəfə Mr. Olympia Dorian Yates-dan 6 "olmaz”

1. Eyni çəkilərlə ürəksiz məşq etmək olmaz. Çəkiləri daim artırmaq lazımdır ki, məşq hərəkətlərinin intensivliyi artsın.

2. Yanaşmalarda mexaniki olaraq eyni sayda təkrarlar etmək olmaz. Elə çəki əlavə edin ki, sonuncu təkrarı böyük çətinliklə edə biləsiniz. Hər bir set əzələlərin imtina etməsinə gətirib çıxarmalıdır. Əgər siz tam köklənə bilmisinizsə və bir yanaşmada 15 və daha çox təkrar etməyə müvəffəq olmusunuzsa, demək, çəkini düz seçməmisiniz. Əzələ kütləsinin artımını 8-10 təkrar təmin edir.

 

3. Təşəbbüs irəli sürüb şəxsi metodikalar fikirləşmək olmaz. Siz sınanmış, elmi cəhətdən əsaslandırılmış metodikalara riayət etməlisiniz və öz təlim səviyyənizə uyğun olaraq onların intensivliyinə düzəliş edə bilərsiniz.

4. Bir əzələyə və ya əzələ qrupuna üstünlük vermək olmaz. Bu orqanizmin bütün fizioloji sistemlərinin fəaliyyətində pozuntuya gətirib çıxarır.

5. Yalnız trenajorlarda və bloklarda məşq etmək olmaz. Belə yüklənmə növləri ümumi məşq həcminin 20-35%-ni keçməməlidir. Üstünlüyü ştanqlarla və qantellərlə məşq hərəkətlərinə verin.

6. Məşq etmə bacarıqlarını bir-iki həftəyə öyrənmək mümkün deyil. Digər idman növlərində olduğu kimi, bodibildinqi öyrənmək lazımdır. Adətən başlanğıc, orta və elitar səviyyələri fərqləndirirlər, hansılar ki bir, üç və üç ildən artıq məşqlərə müvafiqdirlər.

 

Go to top