Əzələ kütləsini necə artırmaq olar: 7 sirr

Sirr №1: Ən yaxşı məşq hərəkəti – sizin bədəninizin hələ öyrəşmədiyidir.

Vaxt keçdikcə sizin bədəniniz etdiyiniz istənilən məşq hərəkətinə öyrəşir. Və trenajor zalına nə qədər davamlı getsəniz, o qədər də tez yeni məşq hərəkətinə öyrəşmə baş verir. Məhz buna görə öz məşq hərəkətlərini maksimum dərəcədə müxtəlifləşdirmək lazımdır. Bunun üçün həm məşq hərəkətlərinin özlərini, həm də yanaşmaların, təkrarların sayını və yanaşmalar arasındakı fasilələrin müddətini dəyişdirin. Belə sizin bədəninizdə öyrəşmə baş verməyəcdir və yüklənmədən daha effektiv faydalanacaqdır.

 

Sirr №2: Bodibildinq məşqləri qısa olmalıdır.

Bir çox atletlər özlərini əldən salanadək trenajor zalında üç saatadək keçirirlər, əzələ kütləsini isə artırmaq heç cürə alınmır. Bəlkə daha az vaxt keçirmək lazımdır? 45 dəqiqəlik məşqdən sonra testosteronun səviyyəsi düşməyə, kortizolun səviyyəsi isə - əksinə, yüksəlməyə başlayır. Bəs bu nə üçün yaxşı deyil? Bu iki fərqli hormonlardır. Testosteron piyi əridir və əzələlər yaradır, kortizol isə... Bəli, düz tapdınız. Əzələ toxumalarını dağıdır və piy qatı yaradır. Beləliklə, uzun müddətli məşq zamanı kortizol istehsal edərək siz arzu etdiyiniz effektin tam əksini yaradırsınız.

Sirr №3: Ştanq, qantellər və bədən hərəkətləri ilə olan əsas məşq hərəkətləri – seçim sizindir.

Əgər sizin məşqinizin böyük hissəsi əsasən trenajorlarla işləməkdirsə, əzələlərin böyük artımını gözləməyin. Bədən 3-ölçülü məkanda iş üçün nəzərdə tutulmuşdur, trenajorlar isə əzələlərin işini stabilləşdirirlər. Yekun nəticə - əzələ kütləsinin azalmasıdır. Trenajorlar daha çox əzələlərin keyfiyyətini və relyefini cilalamaq üçün uyğun gəlirlər. Ştanq və qantellərlə iş bədənin hər bir əzələsini işə salır – çünki məşq hərəkətinin özündən əlavə balans və çəkiyə nəzarət üzərində də işləmək lazım gələcəkdir. Düzdür, yerdən qaldırma, ştanqla çömbəlmələr və s. kimi məşq hərəkətləri trenajorlarla müqayisədə daha çətindirlər, lakin eyni zamanda onlar tamamilə başqa nəticə verirlər. Oturub-durma hərəkətində bir yanaşma ayaqların açılması üçün olan trenajorda təxminən 5-7 yanaşmaya bərabərdir.

Sirr №4: Kardio məşqlərini minimuma endirin.

Heç kimi velotrenajoru və qaçış cığırını atmağa çağırmır, sadəcə olaraq yanaşmaların sayını həftədə 1-2-dək endirin. Əks halda, əzələlərin artımına cavabdeh olan hormonlar ürək-damar fəaliyyətinin dəstək olunmasına gedəcəklər.

Sirr №5: Sizin bədən tipiniz məşqlərin nə qədər tez-tez olmalı olduğunu deyəcəkdir.

Bu məsələ dəfələrlə profilli jurnallarda müzakirə olunmuşdur. Ləng metabolizmli insan (endomorf) həftədə 5-6 dəfə məşq edə bilər. Eyni zamanda metabolizmi fırtına gücü ilə coşan arıq bir oğlan ona lazım olan hər şeyi tranajor zalına həftədə 3-4 dəfə gedərək ala bilər.

Sirr №6: Riayət edə biləcəyiniz məşq cədvəli seçin.

Bəli bəli, bir çox sirrlər əslində hamı üçün aşkar olan şeylərdir, hansılara ki, bir çoxları riayət etmək istəmirlər. Beləliklə, əgər iş, ailə və ya hər hansı başqa bir səbəbdən sizin o qədər də çox boş vaxtınız yoxdursa, məşq cədvəliniz isə məşq zalına həftədə 5-6 dəfə getməyinizi nəzərdə tutursa, və siz müntəzəm olaraq 1-2 məşqi buraxırsınızsa, o zaman proqramın balansı pozulur və sonda nəticə heç kimi qane etməyəcəkdir. Həmçinin, əgər siz hiss edirsinizsə ki, cədvəl üzrə sizin üzərinizə həddindən artıq böyük yüklənmə düşür, o zaman yaxşı olar ki, cədvəli dəyişəsiniz. Bir müddət sonra siz o nəticəyə gələcəksiniz ki, daha çox iş görmək üçün özünüzü artıq indidən əldən salmağa heç bir ehtiyac yoxdur.

Sirr №7: Məşqlərin nəticələrini bir yerdə yazın və irəliləyişin olmasını özünüz üçün qeyd edin.

Məşq jurnalının aparılması – çox gözəl bir instrumentdir! Bu yalnız motivasiya elementi kimi deyil, həm də yadda saxlama və planlaşdırma vasitəsidir, o həm də aydın şəkildə sizin haradan başladığınızı və haraya çatdığınızı göstərir. Əgər əvvəllki vəziyyətlə müqayisə etmək imkanı yoxdursa, nail olunmuş nəticə insanı daha az təsirləndirir.

 

Go to top