Məşqdən sonra əzələ ağrısını azaltmağın 7 üsulu

Məşqdən sonra əzələlərdə diskomfort və ağrılarla hamı qarşılaşır – həm həvəskar idmançılar, həm də peşəkarlar. Bəzilərinə bu hisslər həzz gətirir (demək, tam gücü ilə məşq etmişdir), digərlərini isə məşq sevinclərindən məhrum edirlər. Ən çox əzələ ağrılarına məşqlərdə böyük fasilələrə yol verənlər və yeni başlayanlar məruzdurlar.

Hansı üsullar əzələ ağrılarını azaltmağa və aradan qaldırmağa kömək edir?

 

  1. Qızışma hərəkətləri və hərəkət etmə
    Nə qədər güclü ağrısalarda əzələlər işsiz qalmamalıdırlar. Onların mütəmadi fəaliyyəti (yığılması/boşalması) ağrını azaltmağa və məşqdən sonra bərpa prosesini sürətləndirməyə imkan verir. Əzələlərin statik dartılması da kifayət qədər effektivdir (məşq prosesi zamanı deyil, məşqdən əvvəl və sonra). Əzələ ağrılarıının profilaktikasına gəlincə, ən yaxşı vasitə - məşq hərəkətlərindən əvvəl və sonra  10 dəqiqəlik qızışma hərəkətlərinin edilməsidir. Qızışma hərəkətləri yorğunluğu, ağrıları azaltmağa və mikrotravmaların qarşısını almağa kömək edəcəkdir.
  2. Su prosedurları
    Çətinləşmiş qan dövranı olduqda süd turşusu əzələlərdə yubanmaq xüsusiyyətinə malikdir, və məşqdən sonra qaynar su vəziyyəti kifayət qədər yüngülləşdirir. Lakin, bu “uzun müddətli əzələ ağrılarına” şamil edilmir — əgər siz ağrını hətta bir sutkadan sonra da hiss edirsinizsə, demək süd turşusunun bununla heç bir əlaqəsi yoxdur. Əzələlərin sürətli bərpasına soyuq/isti suyun (məşqən sonra 7-10 dəqiqəlik kontrast duş) kombinasiya edilməsi, isti vanna, öz üzərinə su tökmə kömək edir. Ağrının azaldılması üçün ən əla üsul – hamamda və ya saunada 10 dəqiqə keçirtməkdir(çoxlu su qəbulu rejimi haqqda unutmuruq).
  3. Hovuz, üzgüçülük
    Bu punkta həm suyun müalicəvi təsiri, həm də qızışma hərəkətlərinin edilməsi (məşq hərəkətlərindən əvvəl və sonra) daxildir. Hovuzda asta şəkildə üzmə və təbii su hovuzlarında çimmə əzələ ağrılarını azaltmağa və qarşısını almağa kömək edəcəkdir.
  4. Antioksidantlar və BCAA
    Bu maddələr orqanizmdə azad radikalları bağlamaq bacarığına malikdirlər, onların bilavasitə işi — oksidləşmə(turşulama) və parçalanma məhsullarının zərərsizləşdirilməsidir. Güclü fiziki yüklənmələr zamanı orqanizm özünü antioksidantlarla təmin etməyə qadir deyil, buna görə də bütün məşq prosesi onların düzgün qəbulu ilə müşaiyət olunmalıdır. Keyfiyyətli və orijinal BCAA və antioksidant kompleksləri WWW.ATLET.AZ mağazasından almaq olar.
  5. İltihab əleyhinə vasitələr
    Əlbəttə ki, söhbət QSİƏV-dən(Qeyri-steroid iltihab əleyhinə vasitələrdən) (onlar idmanda olan ağrıların müalicəsi üçün yolverilməzdirlər) deyil, alternativ vasitələrdən gedir. Yəni, təbii vasitələrdən. Məsələn, ot həlimləri(qarağat yarpaqları, itburnu, biyan kökü, cökə və dazı, ayıqulağı, çobanyastığı). Və ya iltihab əleyhinə müalicəvi xüsusiyyətlərə malik olan məhsullar – qabıqlı bişmiş kartof, əncir və nar, albalı şirəsi, zəncəfil və limon, qoz və alma, moruqla qarağat, başınağacı(kalina), çuğundur və digərləri.
  6. Massaj
    Massajın əzələ ağrılarının profilaktikası və müalicəsi baxımından effektivliyi haqqda çoxları bilir. Lakin heç də hami bu imkandan yararlanmır. Amma nahaq yerə! Massaj əzələlərin və orqanizmin özünün bərpasını iki dəfə sürətləndirir, peşəkar massajistin əllərində isə ağrıların nə olduğu haqqda tamamilə unutmaq olar. Əgər maaşınız massajistin xidmətlərindən mütəmadi şəkildə faydalanmağa imkan vermirsə, bu proseduru təkbaşına və ya yaxın insanın köməyi ilə həyata keçirmək olar. Əzələlərdə ağrılar efir yağlarının (cövüz adaçayı(şalfey), lavanda, mərzə) və ya mərhəmlərin (otlar və öd ilə, efir yağları ilə) köməyi ilə ovuşduran massaj hərəkətləri ilə aradan qaldırılır. Həmçinin məşqdən sonra bütün gecəyə vurulduqda ağrı hisslərini effektiv şəkildə azaltmağa qadir olan təbii komponentlər əsasında kremlər də mövcuddur.
  7. Yuxu
    Məhz gecə vaxtı baş verən sağlam və tam yuxunun faydası haqqda kiməsə nəsə danışmağa ehtiyac yoxdur.  Yuxu zamanı əzələlər bərpa olurlar, yorğunluq yox olur – yuxuya neçə saat ayrılarsa, o qədər də onun təsiri faydalı olar.Əlbəttə ki, 8-9 saatdançoxyatmaq – artıq həddi aşmaq deməkdir, lakin əgər sizə gecə vaxtı istirahət kifayət etmirsə, o zaman mütləq onu özünüz üçün günorta vaxtı təşkil edin.

 

 

Go to top