Məşqə yeni başlayanlara 12 məsləhət

İstənilən idman növü ilə məşğul olduqda qaydaları bilmək və onları tətbiq edə bilmək lazımdır ki, ilk növbədə öz sağlamlığınıza zərər vurmayasınız. 12 məsləhət yeni başlayan olduğunuz halda düzgün istiqaməti tapmağa kömək edəcəkdir.

1. Məşqə başlamamışdan əvvəl mütləq qızışma hərəkətlərini etmək və bütün əzələləri dartıb açmaq lazımdır, hər şeyi ehtiyatlı şəkildə, yavaş-yavaş edin ki, əzələləri zədələməyəsiniz, əksinə intensiv məşqlərə hazırlayasınız. Əgər əzələlər yaxşı qızışdırılmazsa, zədə almaqdan savayı siz şikəst də qala bilərsiniz. Diqqət edin ki, əzələlər yaxşı-yaxşı qızışdırılsın.

2. Mütləq düzgün nəfəs almağı öyrənin, əgər siz düzgün nəfəs almasanız sizə hava çatmayacaqdır və məşqdən sonra gecə nəfəs tutulmaları olacaqdır.Bunun üçün zərərli siqaret çəkmə vərdişindən imtina etməyə çalışın.

3. Məşq hərəkətlərini etdikdən sonra heç bir halda dərhal oturmaq olmaz, damarların tıxanmaları əmələ gələ bilər, intensivdən sonra ən yaxşısı sadəcə bir az gəzməkdir. Əks halda damarların tıxanması olacaqdır və siz hətta ölə bilərsiniz. Sizin əzələləriniz intensivdən tədricən soymalıdırlar.

4. Ştanqla işlədikdə, mütləq məşqçi və ya tərəfdaş ilə işləyin ki, çömbəldikdə və ya uzanmış vəziyyətdə olduqda sizi sığortalasınlar, çünki öz gücünüzü səhv hesablayıb özünüzü zədələyə bilərsiniz.

5. Ştanqla işlədikdə, çömbəlmə zamanı mütləq kəmər taxın ki, beldə gərginliyin və bunun nəticəsi kimi travmanın qarşısını alasınız.

6. 1,5 saatdan artıq məşq etməyin. Bir neçə dəqiqəlik fasilələrlə bir saat kifayət edir. Daha uzun müddət məşq etməyinizdən sizin əzələlər böyüməyəcəklər, əksinə ağrıyacaqlar və siz növbəti gün qalxa bilməyəcəksiniz. Həddindən artıq canfəşanlıq göstərməyin.

7. Məşq bitir və siz cəld bir şəkildə evə və ya restorana yemək yeməyə gedirsiniz, çünki intensiv məşq katabolizmə səbəb olur və sizə bütün gücünüzü bərpa etmək lazımdır.

8. Səhər yeməyi idmançı üçün mütləqdir. Buna görə də evdən çıxanda öz orqanizminizi mikroelementlər və vitaminlərlərlə doldurmağı untmayın.

9. Yoxlanılmış mağazada, məsələn, WWW.SHOP.ATLET.AZ–da yalnız keyfiyyətli idman qidaları alın və daha çox su için. Su günə 2 litr olmaqla mütləq gündəlik rasiona daxil olmalıdır.

10. Hər şeydən və az miqdarda yeyin, fikriniz yalnız zülalda ilişib qalmasın. Sizin orqanizminizə intensiv məşqlər zamanı karbohidratlar və yağlar da lazımdır.

11. Yatın. Yuxu müalicə edir və məşqə sərf etdiyiniz gücü bərpa edir.

12. Relaksasiya edin(rahatlaşın). Stress zamanı siz kalorilər itirirsiniz, əzələlərinizin artması üçün isə onlar çox vacibdir. Sizi rahatlaşdıran bir şey tapın. Bu istənilən şey ola bilər, şəxsən sizə uyğun olan şeyi seçin.

 

 

Go to top