Pis məşqçi: 9 əlamət

1. MƏŞQÇİ ÖZÜNDƏN HƏDDİNDƏN ARTIQ RAZIDIR 

O iddia edir ki, onun istənilən məsələnin öhdəsindən gəlmək üçün kifayət qədər bilikləri və təcrübəsi var. Ola bilsin ki, şəxsənsənin sağlamlıqla bağlı ciddi problemlərin olmasın, lakin əgər məşqçi ürək fəaliyyətində, onurğada və ya endokrin sistemdəciddi pozuntular olan insanları məşq etdirməyə asanlıqla razılaşırsa, bir az düşünmək lazımdır. Fərdi treninqə bu cür etinasız yanaşma olduqda insanın çətinliyini yüngülləşdirməkdən ona zərər vermək daha asandır. 


2. MƏŞQÇİ KİFAYƏT DƏRƏCƏDƏ ETİKALI DEYİL 

Hər şeydən əvvəl, öz həmkarlarına qarşı. Əgər seçdiyin məşqçi klubun digər əməkdaşlarının fitnesdən ümumiyyətlə başı çıxmadığını deyirsə, ən yaxşısı odur ki, dərhal onunla nəzakətli şəkildə sağollaş. Bu cür tiplə fərdi məşqlər sadəcə olaraq onun sənin hesabına özünü təsdiq etməsi üsuluna çevriləcəklər, özü də həm maliyyə nöqteyi-nəzərdən, həm də sənin öz sağlamlığın baxımından.

3. MƏŞQÇİ SÜRƏTLİ NƏTİCƏLƏR VƏD EDİR 

Əgər sənə deyirlərsə ki, «Bir ay məşqlərdən sonra siz özünüzü tanımayacaqsınız» — tez bir zamanda o insanla sağollaş. Məşq təcrübəsi olmayan insanı(yəni səni) nəzərə çarpacaq dərəcədə xarici görünüş dəyişikliyinə və fiquranın korreksiyasına gətirib çıxaracaq yüklənmələrə ən azı yarım il ərzində hazırlamaq lazımdır.

4. MƏŞQÇİ İSTİRAHƏT ETMƏYƏ QOYMUR 

Orqanizm — maşın deyil. Ancaq burası da var ki, daima maksimum sürətdə sürdükdə hətta maşın da sınır.  Həmçinin uzun vaxt ərzində. Trenajor zalından hər üç ayda düz bir həftə istirahət etmək tövsiyə olunur. Əgər səndən fərqli olaraq, məşqçi bunu anlamırsa, elə adam tap ki, treninqdən səndən yaxşı başı çıxsın.

5. MƏŞQÇİ MƏŞQLƏRİN QEYDİYYATINI APARMIR 

Fitnes adamı nə qədər ciddi və savadlı olsa, o qədər də çox onun yanında adam məşq edir. Və o qədər də onun üçün məşq hərəkətlərinin ardıcıllığını və keçən məşqdə məhz sənin istifadə etdiyin çəkiləri yadda saxlamaq çətin olur. Əgər pul ödədiyin məşqçi məşq jurnalını aparmırsa, o zaman ya onun fenomenal, fantastik, görünməmiş yaddaşı var, yaxud da ki, sən onda yeganə belə insansan, ya da onda hamı üçün bir məşq proqramı var. 

6. MƏŞQÇİ BİR NEÇƏ MÜŞTƏRİ İLƏ EYNİ ZAMANDA MƏŞĞUL OLUR 

Bu qəribədir. Siz axı fərdi məşqlər haqqda razılaşmışdınız, bu isə o deməkdir ki, məşqçinin bütün diqqəti yalnız səndəolmalıdır. Əgər sən tanış olmayan insanlarla birgə məşq edirsənsə, məşqçi sənə hörmətsiz yanaşır.

7. MƏŞQÇİ SƏNİN TRENİNQİNİ DÖVRLƏŞDİRMİR

Fərqi yoxdur ki, sən hansı məqsədləri güdürsən. Məşq sxemini sistematik şəkildə dəyişmək lazımdır. Sadəcə olaraq məşq hərəkətlərinin əvəzlənməsi burada kifayət etmir. Orqanizmi monoton yüklənmələrə üç aydan artıq məruz qoymaqla, sən, daha dəqiq desək məşqçi sənin sağlamlığını zərbə altına qoyur.

8. MƏŞQÇİ ÖZ BİLİKLƏRİNİ ARTIRMIR 

Bu, əslində, məşqçinin özünə güvənməsinə dair birinci punktun davamıdır.Bu inkişaf etməmiş psixikanın və məişət tənbəlliyinin əlamətidir. Əgər məşqçi qəfildən hər hansı “funksional treninq üzrə heyranedici seminara” getdiyi üçün sən sistematik olaraq təkbaşına məşq etməli olursansa, rahat ola bilərsən. Böyük ehtimalla, sən etibarlı əllərdəsən.

9. MƏŞQÇİNİN ÖZÜ MƏŞQ ETMİR 

Bununla belə o yenə də əla görünə bilər — belə şeylər də olur. Əslində, fitnes-instruktoru öz görünüşü ilə özünə qarşı dərin hörmət yaratmaq üçün məşq etməməlidir. Məşqçinin idman intizamı ilk növbədə ondan xəbər verir ki, çox məşğul olduğuna baxmayaraq, məşqçi yenə də özündə praktik qalmağa və öz müştəriləri üçün daha da maraqlı və effektiv məşq metodlarını axtarmağa güc tapır. Əks halda onun metodları sənin üzərində sınanacaqdır.

 

Go to top