Yuxarı blokda qolların açılması - əsas tövsiyyələr

Əsas tövsiyələr

1. Qabağa əyilməməyi tövsiyə edirik.Qabağa nə qədər çox əyilsəniz, o qədər də çox öz çəkinizlə özünüzə kömək edəcəksiniz. Qollarınızı triseps hesabına açmaqdan əlavə, siz həm də bütün bədəninizlə yuxarıdan aşağı basacaqsınız.Bu isə artıq çitinqdir (özünü aldatmaqdır).

 

2. Dirsəkləri bir vəziyyətdə fiksasiya etmək lazımdır. Qolların açılmasını jimə çevirməyin.

3. Dəmir qulpdan başqa bu məşqi kanatlarla və ya xüsusi qayışlarla yerinə yetirməyə cəhd etmək olar. Belə qayışlar əlləri yuxarı nöqtədə, ovucu yuxarı tərəfə çevirməyə imkan verir. Bunun nəticəsində sizin trisepsləriniz daha çox dartılır. Yaxud da ki, qollarınızı aşağı və yan tərəflərə açmaq olar. Bu trisepslərdə əlavə yığılmalar əmələ gətirəcək. Lakin belə etmək daha çətindir. Buna görə də bir az az çəki qoymaq lazımdır.

4. Çalışın qollarınızı tam açın.

5. Bel düz, sinə açılmış vəziyyətdə olmalıdır.Daha çox dayanıqlığı təmin etmək üçün bir ayağı irəli qoymaq olar.

 

Go to top