Özünü məşq etməyə necə məcbur etmək haqda 8 məsləhət

Hərdən insanda elə hiss yaranır ki, zala getməyə özündə güc tapa bilmir və ağılına “eybi yox, bu dəfə məşqi buraxım, sabah mütləq məşğul olaram” kimi fikirlər gəlir. Belə fikirləri özünüzdən uzağa qovun! Bu məqalədə özünü məşq etməyə necə məcbur etmək haqda 8 məsləhət təqdim olunub!

 

Bu yaxınlarda bizə maraqlı məktub gəlib, orada sual verilir ki, məşqqabağı yorğunluqla necə mübarizə aparmaq olar? Amma doğrudan da, bu fitneslə məşğul olan, demək olar ki, hər bir kəsin özünə verdiyi ən əsas suallardan biridir.

Amma mən bu problemi bir az başqa cür izah etməyə cəsarət edəcəm. Yorğunluqla mübarizə aparmaq mümkün deyil: o ya var, ya da ki, yoxdur, lakin “məşq etmək üçün çox yorulmuşam” kimi bəhanələrlə mübarizə aparmaq mütləq lazımdır. Axı məhz məşq sizə enerji, yaxşı yuxu və hormonların düzgün hasilatını verir.

Bu yaxınlarda məşqin bədəndə enerji səviyyəsini artırdığını və nəticədə yorğunluğu azaltdığını təsdiqləyən növbəti araşdırma aparılmışdır. Beləliklə, müntəzəm məşq – gücdən düşməyə və xroniki yorğunluğa qarşı əla vasitədir.

Əgər siz məşqdən qabaq yorğunluq hiss edirsinizsə, aşağıdakı məsləhətlərə əməl etməyə çalışın.

1. İşdən sonra birbaşa zala gedin

İşdən sonra evə getməyin, çünki belə asanlıqla televizora ilişib baxa və ya bilmədən başqa bir işlə məşğul ola bilərsiniz. Özünüzü tonusda saxlayın və işdən sonra dərhal idman zalına gedin ki, gözəl ev əyləncələri sizi yoldan çıxarmasın.

2. Səhər tezdən məşq edin

Əgər siz yuxudan tez oyanmağı sevirsinizsə, səhər vaxtı məşq etməyə çalışın. Səhər vaxtı yorğunluq bəhanəsilə məşqi buraxmaq daha çətindir. Səhərlər biz enerji, güc və yaxşı əhval-ruhiyyə ilə dolu oluruq!

3. Özünüzə tərəfdaş tapın

Məşq tərəfdaşının olmasının ən əsas üstünlüklərindən biri – dəstəkdir. Bizim halda da dəstək vacibdir, çünki dost sizi məşqi buraxmaq fikirindən daşındıra bilər.

4. ATLET.AZ-la birlikdə olun

Bizim Facebookİnstagram səhifələrə qoşulun, bizim saytdakı məqalələri oxuyun və məşqlər üçün motivasiya alın.

5. Hər gün məşq etməyin

Ən optimal variant — həftədə üç dəfə məşq etməkdir, bundan artıq məşqlər əlavə etmək tövsiyə olunmur – onlar kömək etməyəcəklər. Orqanizmə bərpa olmaq lazımdır və istirahət olmadıqda – siz xroniki yorğunluq qazana bilərsiniz, ondan özünüzə gəlmək isə sizə çox çətin olacaqdır.

6. Paltarınızı işdə dəyişin

Bu gülməli və sadəlöhv səslənə bilər, amma paltarın işdə dəyişdirilməsi sizin idman ruhunuzu qaldıracaq və məşqi buraxma riskini azaldacaqdır. Sadəcə olaraq idman kostyumu sizin beyninizə siqnal verəcək və siz zala gedən yoldan daha dönə bilməyəcəksiniz.

7. Yorğun beyin — yorğun olmayan bədən

Fiziki və əqli yorğunluq arasındakı fərqi hiss edirsiniz? Bəzən onların təzahürləri çox oxşardırlar və onları bir-birindən ayird etmək çətindir, lakin ofisdə işlədikdə siz, çox güman ki, fiziki yox, əqli cəhətdən yorulursunuz. Sizin bədəniniz əksinə, güclə doludur və o aparıcı rolu beyindən alıb öz üzərinə götürməyə hazırdır.

8. Fərqi hiss edin

Fitnes və bodibildinqlə məşğul olmaqdan aldığınız üstünlükləri həmişə ağlınızda saxlayın. İdman zalına getmə - sizin üçün öhdəlik deyil, bu sizin üstünlüyünüzdür. Bunu etməyən başqa insanlar üzərində üstünlükdür.

Sonda, aşağıdakını qeyd etmək istərdik: yorğunluq – məşqi buraxmaq üçün səbəb deyil, çünki məşq – ona qarşı ən yaxşı vasitədir.

 

Go to top