program

AMİNO ENERGY

Amino Energy

Amino Energy

QISA MƏLUMAT

Amino Energy

MƏHSUL HAQQINDA

Təsvir: Əzələ kütləsini artırmaq üçün siz pullarınızı əvəzolunmaz aminturşularına və ayrıca arginin əlavəsinə daha xərcləməli olmayacaqsınız. Bunların hamısı, beta-alanin və başqa vacib maddələr Amino Energy idman əlavəsinin tərkibində artıq var! O sizin əzələlərinizin artımı üçün stimulyator kimi xidmət edəcək, onları güc, enerji ilə dolduracaq, sizin həm əzələlərinizi, həm də ürək-damar sisteminizi qoruyacaqdır.

Əgər siz böyük çəkilərlə və intensiv fiziki yüklənmələrlə məşq edirsinizsə, əvəzolunmaz BCAA aminturşularının əlavə qəbulu çox vacibdir. Çünki məşqlər zamanı aminturşularının səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşür, sizin orqanizm (bu defisiti aradan qaldırmaq üçün) öz əzələ zülallarını parçalamağa başlayır. Lakin Amino Energy bu prosesin qarşısını alacaq və sizin hər bir məşqinizin daha effektiv olmasına kömək edəcəkdir.

Tərkibində argininin olması sayəsində Optimum Nutrition istehsalı olan bu idman qidalanması həm də pampinq effekti yaradır və ağır məşqlər zamanı ürək-damar sisteminə müsbət təsir göstərir. Məhz arginin qidalandırıcı maddələrin, o cümlədən əvəzolunmaz aminturşularının sizin əzələlərinizə sürətli çatdırılmasına kömək edir.

İstehsalçı öz məhsulunun tərkibinə beta-alanin əlavə etmişdir, bu isə bu əlavənin dəyərini bir qədər də artırdı. Bu halda beta-alanin sürətli və maksimum keyfiyyətli bərpa üçün nəzərdə tutulmuşdur. Orqanizmə düşdükdə beta-alanin karnozinə çevrilir, hansı ki sonralar sizin dözümlülüyünüzə, gücünüzə, eləcə də əzələlərinizin inkişafına kömək edəcəkdir. İntensiv məşq edənlər daha intensiv məşq edə biləcəklər, bu isə nəticədə əzələ kütləsinin artımına gətirib çıxaracaqdır.

Amino Energy aldıqda siz tərkibində lazımsız heç bir şeyin olmadığı, həqiqətən də təsirli və qüvvətli düsturu almış olursunuz! Tərkibində olan bütün komponentlər birlikdə anabolizm üçün əsl bomba yaradırlar.

Amino Energy necə təsir edir:

· Əzələ kütləsinin artımını stimullaşdırır.

· Bərpa prosesini sürətləndirir və onun keyfiyyətini artırır.

· Güc göstəricilərini yüksəltməyə kömək edir.

· Əzələləri fiziki yüklənmələr zamanı dağılmadan müdafiə edir.

· Əzələlərə güclü qan axınını təmin edir və bunun sayəsində qidalandırıcı maddələr onlara maksimum miqdarda daxil olur.

Məhsulun bir porsiyasında (2 ölçü qaşığı - 9 qram) qida maddələrinin tərkibi:

Aminturşu qarışığı(Taurin, Glutamin, Arqinin, Leysin,  İzoleysin, Valin, Beta-alanin, Sirullin, Tirozin, Histidin, Lizin, Fenilalanin, Treonin, Metionin)  - 5 qram

Enerji qarışığı(kofein, yaşıl çay ekstraktı, yaşıl kofe ektraktı) -160 mq

İstifadə qaydaları: Qəbul üçün Amino Energy-in 9 qramını (1 porsiyasını) 250 ml suda qarışdırmaq lazımdır. Amino Energy-in 1-3 porsiyasını məşqlərdən əvvəl qəbul edin. 

Bağlamada porsiyaların sayı: 30

İstehsalçı: Optimum Nutrition

Oxşar məhsullar

Mağazalarımıza yeni gətirilmiş orijinal idman qidaları