program

BCAA 12000 -30 PORSİYA

Bcaa 12000 -30 porsiya

Bcaa 12000 -30 porsiya

QISA MƏLUMAT

MƏHSUL HAQQINDA

Təsvir: Ultimate Nutrition istehsalı olan BCAA 12000 Powder –hər bir porsiyada 6 qram BCAA!

İntensiv məşqlər və fiziki çalışmalar zamanı diqqətin cəmlənməsi ilə bağlı problemlərdən biri əqli yorğunluqdur. Əzələ yorğunluğu zamanı əksər atletlər narahat olmağa başlayır və onunla mübarizə aparmaq üçün lazımi ölçülər götürürlər. Lakin eyni zamanda, əqli yorğunluqla da mübarizə aparmaq vacibdir. Əslində, son tədqiqatlar göstərir ki, əsas diqqəti məşqlər zamanı əqli yorğunluğa yetirmək lazımdır. Əqli yorğunluğu adətən ümumi yorğunluq kimi adlandırırlar, çünki o mərkəzi sinir sistemi ilə əlaqələdir. Ümumi yorğunluq əzələlərə birbaşa təsir göstərməsə də, o ümumi iş qabiliyyətini azalda bilər.

Beyində yerləşən triptofan aminturşusu ilə əqli yorğunluğun dərəcəsi arasında qarşılıqlı əlaqə mövcuddur. Beyinə təchiz olunduqdan sonra triptofan yuxululuq və yuxu gətirərək mərkəzi sinir sistemini sakitləşdirmək qabiliyyətinə malikdir. Adətən beyinə triptofanın təchiz olunmasına nəzarəti həyata keçirmək üçün qanda kifayət miqdarda şaxələnmiş zəncirli aminturşuları (BCAA) var. Davamlı, uzun müddətli məşqlər zamanı əzələlər enerji mənbəyi kimi çoxlu miqdarda aminturşularından istifadə etməyə başlayır. Orqanizm enerji almaq üçün BCAA-dan (BCAA 12000 Powder) istifadə etməyə üstünlük verir, çünki onlar enerjinin alınması prosesində  asanlıqla qlükozanı əvəzləyirlər. Əzələlər BCAA-lardan istifadə etməyə başladıqları üçün qanda onların səviyyəsi əhəmiyyətli dərəcədə düşür, bu isə triptofana beyinə çataraqyorğunluq yaratmağa imkan verir. Tədqiqatlar göstərir ki, şaxələnmiş zəncirli aminturşularının (BCAA) qəbulu, triptofanın beyinə təchiz olunmasını tənzimləmək yolu ilə ümumi yorğunluğu azalda bilər.

Şaxələnmiş zəncirli aminturşulara (Ultimate Nutrition BCAA 12000 Powder) leysin, izoleysin və valin daxildir. Bu aminturşuları fiziki yüklənmələr və intensiv məşqlər zamanı əzələ toxumalarını qoruyub saxlamaq üçün lazımdırlar. Atletlərin fikrincə, BCAA əzələ kütləsinin itkisinin qarşısını alan anabolik agentlər kimi fəaliyyət göstərir.

İdmançılarda qidalandırıcı maddələrə olan tələbat kalorilərə olan tələbatdan daha tez çoxalır. Ultimate Nutrition idmançıları məhz bu ehtiyacları qarşılamaq üçün ən yaxşı məhsullarla təmin etməyə çalışır. Ultimate Nutrition istehsalı olan BCAA 12000 Powder dözümlülüyü artırmaq, iş qabiliyyətini yüksəltmək və yorğunluğun əmələ gəlmə vaxtını gecikdirmək üçün hazırlanmış məhsullarımızdan biridir.

Məhsulun bir porsiyasında (1 ölçü qaşığı – 7,6 qr.) qidalandırıcı maddələrin tərkibi:

  • Kalorilər - 5
  • Karbohidratlar - 1 qr.
  • L-leysin (USP) - 3000 mq.
  • L-valin (USP) - 1500 mq.
  • L-izoleysin (USP) - 1500 mq.

Digər inqrediyentlər: şam qarğıdalısı, limon turşusu, təbii və süni aromatizatorlar, sukraloza, kalium asesulfam və FD&C Red #40.

İstifadəyə dair tövsiyələrBCAA 12000 Powder-in bir ölçü qaşığını(təxminən 7,6 qram) 180-240 ml. su və ya sevimli soyuq içkiniz ilə qarışdırın. Optimal nəticələr üçün gündə iki dəfə qəbul edin: bir dəfə qida qəbulları arasında, ikinci dəfə isə məşqdən sonra. Ciddi bodibilderlərə biz 2 ölçü qaşığıUltimate Nutrition BCAA 12000 Powder-i qarışdırıb qəbul etməyi tövsiyə edirik.

Bağlamada porsiyaların sayı: 30.

İstehsalçı: Ultimate Nutrition

Oxşar məhsullar

Mağazalarımıza yeni gətirilmiş orijinal idman qidaları