program

İDMAN QİDALARI

Energetiklər

Energetiklər

Enerqetiklər(məşqöncəsi komplekslər) nədir

Məşqöncəsi komplekslər (pre-workout) – məşq zamanı atletin məhsuldarlığını artırmaq üçün nəzərdə tutulmuş idman qidalanması məhsulları kateqoriyasıdır. Maksimum effektə nail olmaq üçün onları məşqdən təxminən 30 dəqiqə əvvəl qəbul etmək tövsiyə olunur. Məhz buna görə bu əlavələr belə adlandırılırlar.

Son zamanlar bodibildinqdə dözümlülüyü, məhsuldarlığı, güc potensialını və motivasiyanı artıran energetik içkilər daha da geniş populyarlıq qazanmaqdadırlar. Energetiklər məşqdən əvvəl qəbul olunduqları üçün, çox vaxt onları da məşqöncəsi kompleks adlandırırlar. Bugünkü gündə idman qidalanması bazarında keyfiyyətli energetik içkilər istehsal edən bir çox istehsalçılar var. Bu məqalədə biz energetiklərin bodibildinqdə tətbiqi, onların effektivliyi və yan təsirləri haqqında danışacağıq. 
Məşqöncəsi komplekslər orqanizmə necə təsir edirlər

İdmançıların 99%-i məşqöncəsi kompleksləri bir məqsədlə qəbul edirlər – enerji ilə yüklənmək və trenajor zalında effektiv məşq etmək. Qalan amillər ikinci dərəcəlidirlər. Buna görə ən çox məşqöncəsi komplekslərin stimullaşdırıcı komponentləri cavabdehdirlər. Məhz onlar mərkəzi sinir sisteminə təsir edir və nəticədə orqanizm intensiv şəkildə adrenalin və dofamin hasil etməyə başlayır. Bu hormonların təsiri altında atlet daha uzun müddət ərzində və daha intensiv şəkildə məşq etməyə ehtiyac hiss edir. Məşqöncəsi kompleksin qəbulundan təxminən 15-30 dəqiqə sonra orqanizmdə aşağıdakı proseslər baş verməyə başlayır:

dofamin hasilatı hesabına əhval-ruhiyyə yaxşılaşır;
Ürək-damar sisteminin aktivliyi çoxalır, ürək döyünməsi sürətlənir;
qan damarları genişlənir;
yuxululuq aradan qalxır, adrenoreseptorların aktivləşməsi sayəsində iş qabiliyyəti yüksəlir.
Belə vəziyyətdə məşqlər daha məhsuldar alınır: əzələlər daha sürətlə qanla dolur, iş çəkiləri artır, konsentrasiya məşq sona çatanadək itmir. Lakin təcrübədə hər şey o qədər də gözəl olmur – məşqöncəsi kompleksin təsir müddəti bitdikdən sonra xoşagəlməz yan təsirlər ortaya çıxmağa başlayır: baş ağrısı, yuxululuq, yorğunluq və yuxusuzluq (əgər yuxuya 4-6 saat qalmış məşq edirsinizsə).

Məşqöncəsi komplekslər əsasən aşağıdakı parametrlərə təsir göstərirlər:

güc göstəriciləri;
aerob və anaerob dözümlülük;
məşqlər zamanı əzələlərin qanla dolması (pampinq);
yanaşmalar arasında bərpa;
iş qabiliyyəti, enerji və psixi köklənmə;
diqqət və konsentrasiya.
Bu təsirə məşqöncəsi komplekslərin tərkibində olan müəyyən komponentlərin hesabına nail olunur. Məsələn, güc göstəricilərinin artmasına məşqöncəsi kompleksin tərkibində kreatinin olması səbəb olur. Onun sayəsində əzələlərdə insan orqanizmi üçün əsas enerji mənbəyi olan ATF toplanır. Nəticədə atlet yanaşma zamanı daha çox təkrar yerinə yetirə və güc çalışmalarında daha ağır çəkilərlə işləyə bilir.

Məşqöncəsi kompleksi necə seçmək və nəyə diqqət yetirmək lazımdır

Ən yaxşı məşqöncəsi kompleks – sizin məqsədlərinizə uyğun olan məşqöncəsi kompleksdir. Birinci növbədə, onun tərkibinə fikir verin. Amma əvvəlcə məşqöncəsi kompleksin sizə hansı məqsədlər üçün lazım olduğunu müəyyən etmək lazımdır. Məhsulun tərkibindəki aşağıdakı komponentlərə və  onların dozalarına diqqət yetirin. Doza nə qədər çox olarsa, onun təsiri də o qədər güclü olacaqdır.

Məşqöncəsi

kompleksin

təsiri

 

Məhsulun hansı komponentləri

buna görə

cavabdehdirlər?

Güc

Kreatin

Dözümlülük

Beta-alanin

Psixi köklənmə

Kofeintaurin,

tiroksin,

yoximbin,

sinefrin

Konsentrasiya

Tirozin, aqmatin,

ikariin, L-teanin,

karnozin

Pampinq

Arginin,

sitrullin,

ornitin

Məşqöncəsi komplekslərin yan təsirləri

Potensial yan təsir

Necə təzahür olunur

Səbəb

Qarşısını necə almaq olar

Yuxu-

suzluq

İdmançı bir neçə saat ərzində yuxuya gedə bilmir, yuxunun keyfiyyəti pisləşir

Məşqöncəsi kompleksin tərkibində stimullaşdırıcı komponentləri həddindən çox olması; onların gec vaxtı qəbulu; tövsiyə olunan dozanın aşılması

Məşqöncəsi kompleksi kofeinsiz və digər stimullaşdırıcılarsız qəbul etmək, dozanı aşmamaq və onu yuxuya 4-6 saat qalmış qəbul etməmək.

Öyrəşmə

Daimi yuxululuq hissi, məşqöncəsi kompleks qəbul etməyənədək məşq etməyə həvəsin olmaması

Orqanizmin məşqöncəsi kompleksin təsirinə öyrəşməsi və tövsiyə olunan dozanın aşılması

MSS-ni və adrenoreseptorların həssaslığını bərpa etmək üçün məşqöncəsi kompleksin qəbulunda fasilə etmək; məşqöncəsi kompleksi yalnız ağır məşqlərdən əvvəl qəbul etmək

Bodibildinqə energetikləri necə qəbul etmək lazımdır
Əksər hallarda, bodibildinqdə energetikləri məşqdən 15-30 dəqiqə əvvəl qəbul edirlər. Bəzi idmançılar energetik içkiləri BCAA amin turşuları, L-karnitin və ya vitamin-mineral komplekslərlə birlikdə qəbul edirlər.  Energetikləri yalnız məşq günlərində qəbul etmək məqsədəuyğundur.

Nəticələr

Məşqöncəsi kompleksi istifadə qaydasına uyğun olaraq qəbul etsəniz, tövsiyə olunan dozanı aşmasanız və qəbulda fasilələr etsəniz, o orqanizmə zərər verməyəcəkdir. İstənilən halda, qəbula başlamazdan əvvəl, məşqöncəsi kompleksin seçimi və qəbul qaydası ilə bağlı məlumatlar oxumağınız tövsiyə olunur. 

Bir idman əlavəsi kimi, məşqöncəsi kompleksin əsas funksiyası daha məhsuldar və intensiv şəkildə məşq etməyə kömək etməkdir. Bu istənilən idman nəticəsinə nail olmağın mütləq şərtidir. Qarşınıza qoyduğunuz məqsəddən (istər bu piylərin yandırılması, əzələ kütləsinin artımı, güc göstəricilərinin artırılması və ya digəri olsun) asılı olmayaraq, istənilən halda məşqləriniz ağır olmalıdır. Məşqlərin intensivliyinin və məhsuldarlığının artırılması – məşqöncəsi komplekslərin əsas faydalı xüsusiyyətidir.

Əgər siz bu məqaləni başdan ayağa kimi oxumusunuzsa və bu sözlərə qədər çatmısınızsa, o zaman siz özünüzü enerqetiklər seçimi məsələsində və ümumiyyətlə onun mahiyyəti haqqında anlayışı olan bir insan hesab edə bilərsiniz. Biz, ilk növbədə, satdığımız hər bir əlavənin mahiyyətini öz alıcılarımızın nəzərinə çatdırmağa çalışırıq, çünki əgər siz onun iş prinsipini anlamasanız, onun qəbulundan maksimum faydanı ala bilməyəcəksiniz. Əgər sizin əlavə hər hansı suallarınız varsa, telefonla (055 335 11 71) vasitəsi ilə bizim konsultantlara müraciət edə bilərsiniz. Həmçinin siz bizim mağazalarımıza yaxınlaşa və yerindəcə satıcıya öz suallarınızı verərək bəyənəcəyiniz enerqetik ala bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik.