program

İDMAN QİDALARI

Aminturşular

Aminturşular

Amino nədir?
İdmanda amin turşularına hər hansı ehtiyacın olub-olmadığını aydınlaşdırmaq üçün bu idman əlavələrinin mahiyyətini anlamaq lazımdır. Kimyəvi terminlərə əl atmadan qısa tərif versək, amin turşuları – insanın bədənindəki bütün zülalların tərkib hissələrdirlər. Zülallı qida orqanizmə düşdükdə, həzm zamanı onlar amin turşularına parçalanırlar, hansılar ki bütün həyat əhəmiyyətli sistemlərin və orqanların sabit fəaliyyətini təmin edirlər.  

Orqanik birləşmələrin bu növünü unikal edən fakt odur ki, onların tərkibində azot atomları var. Tərkibində bu komponentin olması amin turşularına həqiqətən də heyranedici funksiyalar verir – onlar yumşaq toxumaların, əzələ liflərinin, dəri örtüyünün, eləcə də saç köklərinin və dırnaqların qurulmasında iştirak edirlər. 

Bundan əlavə: orqanizminizdəki amin turşularının miqdarından sizin ümumi psixoloji durumunuz, əhval-ruhiyyəniz, immun sisteminizin durumu və hətta bədəninizdəki piylərin miqdarı asılıdır.

Orqanizm özü 20 əvəz olunan amin turşusu sintez edir, 10 ədədini isə yalnız qidadan və ya digər mənbələrdən alır.

AMİN TURŞULARI İDMANÇILARA NƏ ÜÇÜN LAZIMDIRLAR?
Şübhəsiz ki, idmanda amin turşularının ən vacib və əsas funksiyalarından biri onların əzələ artımı proseslərini stimullaşdırmaq, məşq prosesindən sonra bərpaya kömək etmək və əzələ yorğunluğunu azaltmaq qabiliyyətidir. Bütün bunlar bu əlavələrin həm kişilərə, həm də qadınlara nə üçün lazım olduqlarını izah edir. Lakin iş yalnız bununla məhdudlaşmır. Məşq prosesinin əvvəlində orqanizmdə yorğunluğun yaranmasına səbəb olan ara maddələrin ifraz olunması ilə müşayiət olunan biokimyəvi reaksiyalar baş verir.

Məhz buna görə idman üçün amin turşularından istifadə tək əzələ quruluşunun keyfiyyəti üzərində işləyən insanlar üçün aktual deyil. Amin turşuları aktiv həyat tərzi keçirən bütün insanların rasionunda mütləq olmalıdır, fərq etməz, bu insan peşəkar idman növü ilə, və ya sadəcə olaraq fiziki formasını saxlamaq üçün həvəskər idmanla məşğul olur.

İDMANÇILAR ÜÇÜN AMİN TURŞULARI
Amin turşularının aşağıdakı növləri var:

Əvəz olunan aminturşular: orqanizmin özü tərəfindən hasil olunurlar, əlavələrlə tamamlana bilərlər. Bu növə aşağıdakılar aid edilir: alanin, asparagin turşusu, sistin, qlütamin, qlisin, ornitin, prolin, serin, taurin.
Əvəzolunmaz aminturşular: orqanizmə yalnız qida və ya əlavələrlə daxil olurlar. Bu qrupa aşağıdakılar aid edilir: leysin, izoleysin, valin (BCAA qrupu), histidin, lizin, metionin, fenilalanin, treonin, triptofan.
Şərti və ya qismən əvəz olunan aminturşular: əvəzolunmaz turşulardan sintez olunurlar, lakin düzgün qidalandıqda orqanizmin özündə kiçik miqdarda hasil oluna bilərlər. Onların arasında aşağıdakıları qeyd etmək olar: arginin, sistein, tirozin.

Amin turşularının təsirləri

əzələ toxumalarının keyfiyyətli artımına kömək edirlər;
piylərin aktiv əridilməsinə kömək edirlər;
katabolizm proseslərini azaldırlar;
güc göstəricilərini yaxşılaşdırırlar;
Məşq prosesindən sonra bərpaya kömək edirlər.
Amin turşularının qəbulu öz əhvalının və sağlamlığının qeydinə qalan insanlar üçün çox vacibdir, lakin məşqlər zamanı daha çox güc sərf edən idmançılar üçün o xüsusilə aktual və zəruridir.

Aminturşularının düzgün qəbul qaydaları

İstənilən idman əlavəsinin ən əsas qəbul qaydası – təhlükəsizlik normalarına riayət etməkdir. Bizim tövsiyələrimiz iki xarakteristikaya əsaslanacaq – əsas məqsədə və buraxılış formasına, yəni, biz sizə toz, həb (kapsul) və maye formasında olan amin turşularının qəbul qaydaları haqqında danışacağıq.
 

Amin turşularının əzələ artımı üçün qəbulu

Gözəl və keyfiyyətli əzələlərə sahib olmaq istəyən insanlar yadda saxlamalıdırlar ki, amin turşularını məşqdən əvvəl və məşqdən sonra içmək lazımdır, “qurutma” dövründə isə qəbulların sayını artırmaq lazımdır, bu aclıq hissini yatırmağa kömək edəcəkdir.

Həblərdə/kapsullarda

Məşq öncəsi qida qəbulundan 20 dəqiqə əvvəl və məşqdən 20 dəqiqə sonra qəbul edin;
Üzərindən su və ya kefir için.
Bir günlük ümumi doza ən çoxu 12 ədəd təşkil etməlidir;
Həb formasında amin turşularını ən azı 4 dəfə qəbul etmək lazımdır.
Maye formasında

Tövsiyə olunan doza – bir porsiyaya 3-5 qram;
Ən azı 5 dəfə;
Toz formasında

İdman öncəsi qida qəbulundan 15-20 dəqiqə əvvəl, məşqlərdən sonra və yuxudan əvvəl qəbul edilir;
Tozu həll etmək üçün sudan, süddən və ya müxtəlif şirələrdən istifadə etmək olar;
Bir porsiya üçün doza – 5-10 qram təşkil edir.
Diqqət: istehsalçı tərəfindən qablaşdırmanın üzərində qeyd edilən təlimatlara etinasız yanaşmaq olmaz, xüsusən də birdəfəlik dozanı düzgün seçib-seçmədiyinizə əmin olmadığınız halda. İdman qidalanması üzrə mütəxəssislərlə məsləhətləşin – bu sizə mümkün yan təsirlərin qarşısını almağa kömək edəcəkdir.

Amino - Zərər, yan təsirlər, əks-göstərişlər
Amin turşularından birinə qarşı fərdi dözümsüzlüklə xarakterizə olunan hər hansı xəstəlikləriniz varsa, siz və sizin valideynləriniz bu haqda artıq uşaqlıqdan məlumatlı olmalısınız. Bundan sonra da bu amin turşusundan uzaq durmalısınız. Belə bir probleminiz olmadığı halda BAƏ[GS1] -lərin zərəri və əks-göstərişləri haqqında danışmaq mənasızdır.

Amin turşuları — zülalın tərkib hissələridirlər, zülal – insanın adət etdiyi rasionun komponentidir. İdman qidalanması mağazalarında satılan məhsullar farmakoloji preparatlar deyil! Hər hansı zərər və əks-göstərişlər haqqında danışmaq – binaların qarşısında oturan qoca nənələrin işidir. Buna görə də biz amin turşularının yan təsirləri kimi anlayışı nəzərdən keçirməyəcəyik – çünki bu tamamilə əsassız bir anlayışdır.

Öz rasionunuza, məşqlərinizə, həyatınıza ağılla yanaşın! Sağlam olun!

NƏTİCƏ
amin turşularınıN QƏBULU lazımdırmı?
Bu bölməni yeganə bir cümlə ilə bitirmək olar – bəli, şübhəsiz ki, lazımdır. Lakin biz anlayırıq ki, bu cavabı arqumentlərlə əsaslandırmaq lazımdır, özü də əsaslı arqumentlərdə.

Amin turşularını maksimum dərəcədə sadə təsvir etsək, bu orqanizmdəki bütün zülalları quran maddələrdir. Orqanizmə qida ilə birlikdə daxil olan istənilən zülal, həzm zamanı orqanizmin bütün sistemlərinin fəaliyyəti və toxumaların yenilənməsi üçün lazım olan amin turşularına parçalanır, buna görə də, amin turşularının aktuallığı və vacibliyi haqqında sualın qoyuluşu elə əvvəldən səhvdir. Buradan sadə bir nəticə çıxarmaq və anlamaq olar ki, idmançıya amin turşuları nə üçün lazımdırlar, çünki əzələ kütləsi, güc, sürət və digər xarakteristikalar, demək olar ki, bütün idman sahələrində vacibdirlər.

Ekspertlərin tövsiyələri
Öz rasionuna amin turşuları kimi idman qidalanmasını əlavə etməyə ehtiyac varmı? Bizim fikrimizcə bu, idmançının güc göstəricilərini yaxşılaşdırmaqla yanaşı, qarşıya qoyulmuş məqsədlərə daha effektiv şəkildə nail olmağa kömək edən çox vacib əlavədir, xüsusən də söhbət əzələ kütləsinin artırılmasından gedirsə.

Bununla bərabər, elementar təhlükəsizlik qaydalarını unutmamaq və bu və ya digər əlavənin qəbulu üzrə istehsalçılar tərəfindən verilən təlimatlara dəqiq riayət etmək lazıımdır. Həmçinin keyfiyyətdə qənaət edərək ən ucuz variantları seçmək məsləhət görülmür. Bəli, siz bir az pul qənaət etmiş olacaqsınız, lakin bu cür qənaət sizin sağlamlığınızda mənfi nəticələrlə əks oluna bilər.

Bizim idman əlavələrimizin müəyyən edilmiş bütün standartlara uyğunluğu ciddi nəzarətdən keçir, buna görə də biz tam əminik ki, əlavələri ağılla qəbul edəcəyiniz və düzgün qidalanma ilə tamamlanmış intensiv idman məşqlərini yerinə yetirəcəyiniz halda, siz mütləq qarşınıza qoyduğunuz bütün məqsədlərə nail olacaqsınız.