program

İDMAN QİDALARI

Qeyner

Qeyner

Qeyner - nədir? Qeyner haqqında bütün məlumatlar.

Qeyner nədir?
Qeyner (gainer - terminin kökü ingilis dilində “gain” - artım sözündən götürülüb) və ya mass gainer - karbohidratlardan və zülaldan ibarət olan qidalandırıcı idman qarışığıdır. Bəzi istehsalçılar qeynerə aşağıdakı maddələri əlavə edirlər: kreatin, mikroelementlər, amin turşuları, vitaminlər və yağlar. İdmançılar qeynerdən əlavə enerji mənbəyi kimi və əzələ kütləsini artırmaq üçün istifadə edirlər.

Qeynerin təsirləri
Bu əlavə universaldır, o demək olar ki hamıya uyğun gəlir və, düzgün tətbiq edildikdə, yan təsirlərə malik deyil. Bəs onun əsas üstünlükləri nədir?
•    Məşqdən sonra lazım olan bütün enerjini bərpa edir və yorğunluq hissini aradan qaldırır;
•    Orqanizmdə amin turşularının miqdarını kəskin surətdə çoxaldır;
•    Hüceyrədaxili enerjinin artırılması üçün əzələ tonusunu operativ şəkildə bərpa etməyə qadir olan effektiv vasitədir;
•    Bədən çəkisini və əzələ kütləsini ayda  2-6 kq artırır;
•  Faydalı komponentlərə (kreatinə, vitaminlərə və s.) malik olan qeynerlər orqanizmin ümumi sağlamlıq durumunu bərpa etməyə və immuniteti gücləndirməyə qadirdirlər;
•    Heç bir əks-göstərişləri yoxdur! Bu qida əlavəsinin tərkibində çoxlu miqdarda karbohidratların olmasına baxmayaraq, düzgün tətbiq edildikdə, hətta kökəlməyə meyilli insanlar belə tez bir zamanda lazımi nəticələrə nail ola biləcəklər.

Qeyner kimlərə lazımdır?
•    Ektomorflara (təbiətdən arıq bədən quruluşuna malik insan tipidir). Mürəkkəb karbohidratlarla uzunmüddətli qidalanma - bədən cəkisini artırmağa və böyüməyə başlamağın yeganə üsuludur. Onlara, yüksək dozalarda qeyner qəbulu uyğun gəlir, çünki təmiz ektomorf piy təbəqəsi yığmağa meyilli deyil.
•    Hardqeynerlərə. Bu qidalanmanın zəif (natamam) olması və ya bədən quruluşunun xüsusiyyətləri səbəbindən əzələ kütləsi yığa bilməyən insanlardır.
•    Gərgin iş qrafikinə malik olan insanlar. Bu halda, qeyner tamdəyərli qida qəbulunu əvəzləyərək katabolik prosesləri azaltmağa, anabolizmi yüksək səviyyədə saxlamağa imkan verir.
•    Krossfiterlər. Krossfiterlərin məşqinin özəlliyi ondadır ki, o böyük miqdarda enerjinin, o cümlədən qlikogenin sərf olunmasını nəzərdə tutur. Buna görə də böyük miqdarda kalori bolluğunu təmin etmək çox vacibdir.
•    Pauerlifterlərə. Pauerliftinq idman növündə də, keyfiyyətli kalori miqdarı çox vacibdir, buna görə də qeyner məhz o amildir ki, asanlıqla və mədə-bağırsaq yolunu yükləmədən keyfiyyətli kalorinin miqdarını artırmağa imkan verir.

Qeynerin zərəri
Qeynerlər təbii bioloji komponentlərdən hazırlanırlar. Onlar adi məhsulların tərkibindəki analoji komponentlərdən heç nə ilə fərqlənmir və həm kişilər, həm də qadınlar tərəfindən qəbul edilə bilərlər. Qeynerlər, onun tərkibinə daxil olan komponentlərə qarşı fərdi dözümsüzlüyü olan insanlar üçün zərərli ola bilərlər. 

Qeyner necə qəbul edilməlidir? 

Hər şey çox sadədir. Burada iki əsas şey var: qeynerin əsas tərkibi və onun məqsədi – əzələ kütləsinin yığımı. Daha yüksək effektivliyə nail olmaq üçün qeyneri aşağıdakı tövsiyələrə uyğun olaraq qəbul edin.
1.    Qidalanmada çatışmayan kalori miqdarını hesablayın.
2.    Bu miqdarın qeynerin neçə porsiyasını təşkil etdiyini hesablayın.
3.    Əsas qidalanmada çatışmayan kalori miqdarını qəbul edə biləcəyiniz qeyner porsiyalarına bölün.
4.    Qeynerin bir porsiyasını məşqdən 15-20 dəqiqə sonra mütləq qəbul edin.
Bu optimal nəticəyə nail olmaq üçün kifayət edəcək.
Tövsiyə olunan qəbul tezliyi sutkada 1-3 dəfə təşkil edir. Qeynerlər çox asan hazırlanırlar: bəyəndiyiniz dada malik olan tələb olunan qeyner porsiyası bir stəkan suda və ya süddə qarışdırılır –  və qarışıq qəbula hazırdır. Çox vaxt belə bir proporsiya tövsiyə olunur: qeynerin 100 – 150 qramı mikserin və ya şeykerin köməyi ilə 300-500 ml mayedə qarışdırılır və gün ərzində qəbul edilir.

Nəticə
Qeynerləri seçərkən qarşınıza çıxan ilk qeyneri almaq olmaz, çünki ola bilsin ki, istehsalçı keyfiyyətsiz əlavələrdən istifadə edib və bu da istədiyiniz nəticə verməyəcək. Keyfiyyətsiz komponentlərin yüksək konsentrasiyası orqanizmdə disbalansa və bunun nəticəsi kimi piylərin yığılması hesabına bədən kütləsinin artmasına gətirib çıxara bilər. Diqqəti keyfiyyəti əsas tutan Optimum Nutrition(Serious mass) və Vplab(Mass Builder) kimi yoxlanılmış firmalara yönəltmək lazımdır.

Keyfiyyətli qeynerlər haqqında - Qeyner bölümündə oxuya bilərsiz.

Əgər siz bu məqaləni başdan ayağa kimi oxumusunuzsa və bu sözlərə qədər çatmısınızsa, o zaman siz özünüzü qeyner seçimi məsələsində və ümumiyyətlə onun mahiyyəti haqqında anlayışı olan bir insan hesab edə bilərsiniz. Biz, ilk növbədə, satdığımız hər bir əlavənin mahiyyətini öz alıcılarımızın nəzərinə çatdırmağa çalışırıq, çünki əgər siz onun iş prinsipini anlamasanız, onun qəbulundan maksimum faydanı ala bilməyəcəksiniz. Əgər sizin əlavə hər hansı suallarınız varsa, telefonla (055 335 11 71) vasitəsi ilə bizim konsultantlara müraciət edə bilərsiniz. Həmçinin siz bizim mağazalarımıza yaxınlaşa və yerindəcə satıcıya öz suallarınızı verərək bəyənəcəyiniz qeyner ala bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik.