program

İDMAN QİDALARI

Whey protein

Whey protein

Whey(Zərdab zülalı) nədir?
Whey(Zərdab zülalı) – süd zərdabından alınan konsentrasiya olunmuş qlobulyar zülalların qarışığıdır. Zərdab – kəsmikləşdirilmə zamanı yaranan və pendirin hazırlanması zamanı əlavə məhsul kimi əmələ gələn maye məhluldur. Bugünkü gündə bu həm əzələ artımı, həm də piylərin əridilməsi üçün ən yaxşı zülaldır.
 Whey protein— əzələ artımı və orqanizmin zülala olan ehtiyaclarını ödəmək üçün ən populyar idman əlavəsidir. Bu zülal üçün xammal mənbəyi kimi sudan, yağlardan və müxtəlif qatqılardan təmizlənmiş inək südü çıxış edir – məhz buna görə o zərdab zülalının izolyatı adlandırılır.

 Whey protein nə üçün lazımdır?

Əzələ artımı üçün zülal lazımdır — bu faktdır. Lakin onun nə miqdarda lazım olduğu və qidalanma məhsullarının tərkibində onun miqdarının nə qədər olduğu – bu artıq çətin sualdır. Ağır idman növləri ilə məşğul olan insana passiv idman tərzi sürən insanla müqayisədə daha çox miqdarda zülal qəbul etmək lazımdır. O bunu etməzsə, məşqlərdən istədiyi nəticəni ala bilməyəcəkdir. Adətən insan üçün sutkalıq tələb olunan zülal miqdarı belə hesablanır: insanın çəkisinin hər kiloqramına görə 2 qr zülal. Beləliklə, əgər insanın çəkisi 80 kq-dırsa, o zaman o gündə 2х80=160 qram zülal qəbul etməlidir.

Məhsulların qida dəyərinə baxsaq görərik ki, məsələn, toyuq ətinin tərkibində 20% zülal və 13% yağlar var. Və bu adi qida üçün yaxşı göstəricilərdir. Lakin sutkalıq zülal normasını qəbul etmək üçün bizə yarım kiloqram toyuq əti yemək lazımdır, bu isə, razılaşaq ki, o qədər də rahat deyil. Üstəlik, bu zülallarla yanaşı biz həmçinin 65 qram yağ qəbul etməli olacağıq, bu isə bizim planlarımıza təbii ki, daxil deyil.

Bu halda bizim köməyimizə, tərkibində növündən asılı olaraq 50%-dən 99%-dək təmiz zülal olan  Whey protein gəlir.

 Whey protein nə vaxt və necə qəbul edilməlidir?

Beləliklə, zülal qəbulu üçün ideal vaxt aşağıdakılardır:

Səhər vaxtı. Yuxuda olarkən, 7-8 saat ərzində orqanizm enerji almır. Buna görə də, o rezerv mənbələrdən istifadə etməyə başlayır: qaraciyərdən və əzələlərdən qlikogendən, və əzələlərin parçalanması hesabına amin turşularından. Bundan başqa, səhər vaxtı əzələ toxumasını parçalayan kortizol hormonu hasil olunur. Bu zaman sürətli zərdab zülalı içilərsə, bu proseslərin qarşısını almaq olar.
Məşqdən əvvəl.  Whey proteinın məşqdən 1 saat əvvəl qəbulu orqanizmi amin turşularının lazımi miqdarı ilə təmin edəcəkdir. Bu əzələlərin intensiv işləməsi zamanı enerji verəcək və əzələ katabolizminin qarşısını almağa kömək edəcəkdir.
Məşqdən sonra. Məşqdən sonra sizin orqanizminiz qidalandırıcı maddələri daha yaxşı mənimsəyir, bu isə o deməkdir ki, bu sürətlə mənimsənilən zülalın qəbulu üçün ən ideal vaxtdır.  Whey protein əzələ toxumalarının böyüməsini stimullaşdırmaq məqsədi ilə amin turşularının qana ən qısa zamanda nüfuz etməsini təmin edəcəkdir.

 Whey protein suda asan həll olunur, buna görə də onu hər hansı bir şüşədə və ya butulkada (çox vaxt bunun üçün xüsusi şeykerlərdən istifadə olunur) silkələmək kifayət edir. Zülalı süddə, suda və ya şirədə həll etmək olar – öz zövqünüzə görə seçin. Əgər siz qurutma prosesindəsinizsə, qəbul olunan karbohidratların və yağların miqdarını azaltmaq üçün zülalı suda həll etmək tövsiyə olunur.

 Protein növləri
Zülal tərkibinə görə,  Whey proteinin üç növü ola bilər:

Zərdab konsentratı (zülal tərkibi 50-85%). Konsentratın hazırlanması zamanı zərdab tam olaraq zülal filtrasiyasından keçmir, buna görə də onun tərkibində yağlar və karbohidratlar qalır. Lakin konsentrat cəlbedici qiymətə malikdir və, nəzərə alsaq ki, tərkibində çoxlu miqdarda zülal var (70% və daha çox), o optimal məhsul sayılır.
Zərdab izolyatı (zülal tərkibi 90-95%). Yüksək zülal tərkibli daha təmiz tozdur, lakin onun qiyməti də daha yüksəkdir. Qurutma prosesində olan və artıq yağlardan və karbohidratlardan uzaq duran insanlar üçün uyğundur.
Zərdab hidrolizatı (zülal tərkibi 99%). Hidrolizat yaxşı filtrasiya ilə müasir texnologiyaların köməyilə hazırlanır. Bu bahalı məhsuldur və böyük populyarlığa malik deyil.

Nəticə

Beləliklə, gəlin bütün bunları götür-qoy edib yekun nəticə çıxaraq.  Whey protein — inək südündən olan zərdabın təmizlənməsi və filtrasiyası yolu ilə alınan qida əlavəsidir. O steroid deyil və orqanizmə zərərli təsir göstərmir.
 Whey proteinın üç növü var, onlardan hər birinin öz üstünlükləri var. Qəbul qaydaları insanın çəkisinin hər kiloqramına görə 2 qram zülal prinsipinə əsaslanır.

Əgər siz bu məqaləni başdan ayağa kimi oxumusunuzsa və bu sözlərə qədər çatmısınızsa, o zaman siz özünüzü Whey proteinin seçimi məsələsində və ümumiyyətlə onun mahiyyəti haqqında anlayışı olan bir insan hesab edə bilərsiniz. Biz, ilk növbədə, satdığımız hər bir əlavənin mahiyyətini öz alıcılarımızın nəzərinə çatdırmağa çalışırıq, çünki əgər siz onun iş prinsipini anlamasanız, onun qəbulundan maksimum faydanı ala bilməyəcəksiniz. Əgər sizin əlavə hər hansı suallarınız varsa, telefonla (055 335 11 71) vasitəsi ilə bizim konsultantlara müraciət edə bilərsiniz. Həmçinin siz bizim mağazalarımıza yaxınlaşa və yerindəcə satıcıya öz suallarınızı verərək bəyənəcəyiniz Whey protein ala bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik.