BCAA nədir?
ВСАА (İngilis dilində — branch chained amino acids) — üç əvəzolunmaz amin turşusundan – leysindən, izoleysindən və valindən ibarət olan idman qidalanması məhsuludur. Bu amin turşuları ona görə əvəzolunmaz adlanırlar ki, orqanizm onları özü sintez edə bilmir, onlar yalnız kənardan daxil ola bilərlər. Digər amin turşularından fərqli olaraq onlar əzələ toxumasında metabolizə olunurlar. Şaxələnmiş yan zəncirli amin turşuları digər əvəzolunmaz amin turşularından fərqli olaraq qaraciyərdə yox, skelet əzələlərində metabolizə olunurlar. Bu əvəzolunmaz amin turşuları əzələlərdəki bütün amin turşularının 35%-ini təşkil edirlər, buna görə də onları əzələlərin əsas tikinti materialı hesab etmək olar. Uzunmüddətli fiziki çalışmalardan sonra karbohidrat ehtiyatları tükənməsinə gətirib çıxaran fiziki məşqlər zamanı BCAA-lar güclü ATF və ya enerji mənbəyinə çevrilirlər. Bu idman göstəricilərin yaxşılaşmasına gətirib çıxarır.
BCAA-ların təsirləri
Gəlin BCAA-ların nə olduğunu və onların nə üçün lazım olduqlarını aydınlaşdıraq. Bu üç amin turşusu bizim fiziki iş qabiliyyətimizdə böyük rol oynayırlar. Onların rolunu və funksiyalarını aşağıdakı cədvəlin köməyi ilə nəzərdən keçirək:
Funksiya |
Necə təsir edir |
Zülal sintezini gücləndirir |
ВСАА-lar insulinin hasilatını gücləndirirlər və bunun sayəsində amin turşularının qana daxil olması sürətlənir. |
Orqanizmdə katabolik prosesləri azaldırlar |
Qana leysinin daxil olması hesabına əzələ toxumasının parçalanmasına səbəb olan kortizol stress hormonunun hasilatı azalır. Məhz buna görə BCAA-lar məşq zamanı və məşqdən sonra qəbul edilirlər. |
Əzələ toxumasının bərpasını və artımını sürətləndirirlər |
ВСАА-lar əzələlərimizin tərkibində olan bütün amin turşularının təxminən üçdə bir hissəsini təşkil edirlər. Bu amin turşularının ehtiyatını yeniləyərək siz onları daha tez bərpa olunmağa stimullaşdırırsınız. |
Piylərin əridilməsinə kömək edir |
ВСАА-ların qəbulu maddələr mübadiləsini tənzimləyən leptin hormonunun hasilatına təsir edir. Leysin onun sekresiyasını gücləndirməyə kömək edir. Bunun hesabına orqanizm daha çox kalori sərf edərək piy hüceyrələrini əridir. |
Orqanizm tərəfindən enerji mənbəyi kimi istifadə edilə bilərlər |
Normal fəaliyyət göstərmək üçün orqanizmə qlikogen və amin turşuları lazımdır. Əzələlərdə qlikogen ehtiyatları tükəndikdə (məsələn, uzunmüddətli azkarbohidratlı pəhriz zamanı), orqanizm enerji mənbəyi kimi amin turşularından istifadə edir. Azad amin turşuları çatışmadıqda, o onları sizin əzələlərinizdən götürəcəkdir. Bunun qarşısını almaq üçün BCAA-ları birbaşa məşqdən əvvəl qəbul etmək tövsiyə olunur. |
BCAA-ların seçimi və qəbulu
Amin turşulu komplekslərin tərkibindəki BCAA-lar orqanizm tərəfindən çox asan və rahat mənimsənilirlər. Onlar qana qəbuldan artıq bir neçə dəqiqə sonra nüfuz etməyə başlayaraq qanı və hüceyrələri qısa zamanda leysin, izoleysin və valin ilə zənginləşdirirlər. Bir çoxları düşünürlər ki, tərkibində həm BCAA-lar, həm L-karnitin, həm də qlütamin və digər amin turşuları olan tamdəyərli amin turşulu kompleksləri qəbul etmək daha yaxşı olmazmı? Əlbəttə ki, kompleks preparatların qəbulu yaxşı şeydir. Lakin burada iki məqama diqqət yetirin:
Amin turşulu kompleks preparatlarda BCAA-ların miqdarı ixtisaslaşdırılmış məhsullarla müqayisədə daha azdır;
Kompleks amin turşularında xammal kimi zərdab zülalı və albumin əsasında olan di- və tri-peptidlər çıxış edirlər. Yəni, BCAA amin turşuları qismən digər amin turşuları ilə əlaqəli ola bilərlər, bu isə onların mənimsənilməsini pisləşdirə bilər;
BCAA-lar necə qəbul edilməlidirlər?
Tövsiyə olunan birdəfəlik doza – beş qramdır. Bu dozanı gündə 1-3 dəfə qəbul etmək olar.
Əlavənin qəbul vaxtına gəldikdə, BCAA-ların səhər vaxtı, məşqdən əvvəl, məşq zamanı və məşqdən sonra qəbulu daha böyük effektivliyə malikdir.
Məşq zamanı və ya məşqdən sonra:
Tədqiqatlar göstərib ki, BCAA-ların məşq zamanı və ya məşqdən sonra qəbulu əzələlərin parçalanmasını azalda bilər. Əgər siz azkalorili pəhriz saxlayırsınızsa bu xüsusilə vacibdir. Belə əlavələr həmçinin məşqlərdə həddindən çox yorulduqda da müsbət təsir göstərə bilərlər.
Məşqdən əvvəl:
BCAA-ların məşqdən əvvəl qəbulu, eksperimentlər zamanı sübut olunduğu kimi, məşqdən sonrakı günlərdə əzələlərdə ağrılığı azaldır. Bu o deməkdir ki, siz növbəti gündə də eyni intensivliklə məşq edə biləcəksiniz.
BCAA-ların bir porsiyasını məşqdən əvvəl, daha bir porsiyasını isə məşqdən sonra qəbul etmək ideal variantdır. Bir çox idmançılar toz formasında olan əlavəni suda və ya öz sevimli içkisində həll edərək birbaşa zalda qəbul etməyə üstünlük verirlər.
BCAA-ların növləri
Leysinin, izoleysinin və valinin proporsiyası müxtəlif ola bilər: 2:1:1, 4:1:1, 8:1:1, 16:1:1 və s. Əslində BCAA-ların əsas komponenti – leysindir. Ona həmişə daha çox tələbat yaranır, çünki məşq zamanı onun ehtiyatı tükənir. Məhz o antikatabolik, anabolik və energetik funksiyaya görə cavabdehdir. Tədqiqatlar həmçinin təsdiq edirlər ki, leysin əzələlərin daha sürətli artımına və yağların oksidləşməsinə (turşumasına) kömək edir. Bəs belə olduğu halda, digər iki amin turşusu nə üçün lazımdır?
İzoleysin orqanizmdə zülal sintezinə görə cavabdehdir. Həmçinin izoleysinin qida kimi qəbulu qanda qlükoza səviyyəsinin normallaşdırılmasına və serotoninin hasilatına kömək edir.
Valin mərkəzi və vegetativ sinir sistemi üçün böyük əhəmiyyətə malikdir. Bu müntəzəm ağır məşqlər şəraitində olduqca vacibdir. Valin həmçinin koqnitiv (zehni) fəaliyyət üçün də vacibdir və antidepressiv xüsusiyyətlərə malikdir.
ВСАА-lar müxtəlif formalarda istehsal olunurlar: həb, kapsul, toz, maye şəklində. Ən rahat - toz formasıdır. BCAA-ların faydasını tək real alıcıların, idmançıların və fitnes-ekspertlərin rəyləri yox, həm də klinik şəraitdə aparılmış çoxsaylı tədqiqatlar təsdiqləyirlər.
BCAA-ların yan təsirləri
Unutmayın ki, BCAA-lar qida kimi qəbul etdiyiniz əksər zülalların və heyvan mənşəli bütün zülal birləşmələrinin (yumurta, ət, quş əti, balıq, süd və s.) tərkibində var — bu Sizin orqanizminizə “tanış” olan tamamilə təbii nutriyentdir. İdman qidalanmasındakı BCAA-lar — ayrılmış (təmiz) amin turşularıdırlar, lakin onlar Sizin orqanizminizin qidadan sintez etdiyi amin turşularından heç nə ilə fərqlənmirlər. Sadəcə olaraq ayırma və sintez işi əvvəlcədən görülüb və nəticədə kənar (vacib olmayan və ya hətta nəticə üçün zərərli olan) inqrediyentlərdən azad, maksimum mənimsənilmə sürətinə malik olan və həzmi minimum dərəcədə yükləyən hazır məhsul alınıbdır.
Keyfiyyətli BCAA əldə etmək üçün - BCAA bölümünə nəzər salın
Nəticə
BCAA idman qidalanmasının vacib komponentidir. O bir çox preparatların – proteinlərin, qeynerlərin, amin turşulu komplekslərin tərkibinə daxildir. O əzələ artımını və bərpasını yaxşılaşdırmaqla yanaşı, insanın ümumi əhvalını normallaşdırır, tonusu yüksəldir. Onun qəbulu sizə heç bir zəmanət vermir, o sehrli həb deyil. Lakin BCAA-lar sizin məşqlərinizi daha effektiv edəcəklər. Qanda BCAA-ların səviyyəsi yetərli dərəcədə olmadıqda, orqanizm onları özü, mövcud əzələ toxumasını parçalamaq yolu ilə almalı olur. Bu katabolik proseslərin qarşısını almaq üçün qanda amin turşularının səviyyəsi daima dəstəklənməlidir və onlar müntəzəm olaraq həm idman qidalanmasından, həm də adi qidadan daxil olmalıdırlar.
Əgər siz bu məqaləni başdan ayağa kimi oxumusunuzsa və bu sözlərə qədər çatmısınızsa, o zaman siz özünüzü BCAA seçimi məsələsində və ümumiyyətlə onun mahiyyəti haqqında anlayışı olan bir insan hesab edə bilərsiniz. Biz, ilk növbədə, satdığımız hər bir əlavənin mahiyyətini öz alıcılarımızın nəzərinə çatdırmağa çalışırıq, çünki əgər siz onun iş prinsipini anlamasanız, onun qəbulundan maksimum faydanı ala bilməyəcəksiniz. Əgər sizin əlavə hər hansı suallarınız varsa, telefonla (055 335 11 71) vasitəsi ilə bizim konsultantlara müraciət edə bilərsiniz. Həmçinin siz bizim mağazalarımıza yaxınlaşa və yerindəcə satıcıya öz suallarınızı verərək bəyənəcəyiniz BCAA ala bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik.
İdman bədənə, oxumaq isə zehnə faydalıdır