program

İDMAN QİDALARI

İdman qidaları haqda 15 əsas yalan

İdman qidaları haqda 15 əsas yalan

Bu paradoksdur, amma Azərbaycanda hər kəsdə, hətta idmandan uzaq olan insanda idman qidaları haqda öz fikri var, hansı ki çox vaxt şaiyələrə, dezinformasiyaya və ya reklam məqalələrinə əsaslanır. Diqqətli araşdırmalara və çox saylı təkziblərə baxmayaraq, idman əlavələri haqda müxtəlif uydurmalara inam həddindən artıq böyükdür.

#1. İdman qidaları - "dərman"dır

Idman qidalarının idmanda istifadə olunan dərman preparatları (dopinq) ilə heç bir əlaqəsi yoxdur. İdman qidaları süddən, ətdən, yumurtadan və başqa təbii qidalardan isehsal edilən və idmançının qida rasionunnu zənginləşdirən, onun güc və enerji ehtiyatlarınıı artıran tam təbii vasitələrdi. Çox vaxt Azərbaycanda, steroidlərlə (dərman preparatları) və idman qidalarını səhv salırlar və steroidlərə xas olan yantəsirləri, idman qidalarına aid edirlər. Bu tamamilə səhvdir.

#2. İdman əlavələri – pulun havaya sovurulmasıdır

Bazarda nəticələri maksimallaşdırmağa və ümumi sağlamlıq durumunu yaxşılaşdırmağa kömək edən çoxlu sayda həm sadəcə qidalandırıcı, həm də əzələ kütləsinin yığımı üçün effektiv qida əlavələri var. Müxtəlif şarlatanlardan qaynaqlanan şişirdilmiş bəyanatlara imkan verməyin ki, onlar sizi, öz effektivliyinizi həqiqətən də çoxaltmağa kömək edəcək vasitədən vaz keçməyə vadar etsinlər.

#3. Mən yaxşı və düzgün qidalanıram, ona görə də mənə heç bir əlavələr lazım deyil

Yaxşı balanslaşdırılmış pəhriz - əla köməkdir, lakin onun olması hələ o demək deyil ki, sizin bədəninizin başqa qidalanma məhsullarına ehtiyacı yoxdur. Qida ehtiyacları yaş, sağlamlıq durumu, stress səviyyəsi və məşqlərdən asılı olaraq dəyişə və azalıb-çoxala bilər. İdman qidalarına sadəcə olaraq sizin orqanizminizin ehtiyaclarını qarşılayacaq sığortalanma vasitəsi kimi baxın.

#4. Bütün idman əlavələri öz keyfiyyətinə görə eynidirlər

Müxtəlif şirkətlər – müxtəlif standartlar. Bəzi şirkətlər qiyməti aşağı salmaq üçün aşağı keyfiyyətli emal olunmamış xammaldan istifadə edirlər. İdman əlavələrini yalnız qiymətə əsaslanaraq heç vaxt almayın. Siz sadəcə olaraq öz pullarınızı havaya sovura bilərsiniz. Ən yaxşısı odur ki, başqa alıcıların rəylərini nəzərdən keçirin, bu bazar haqda öz araşdırmanızı aparın və "əl"dən deyil, idman qidalarının satışı ilə məşğul olan, böyük assortimenti olan mağazadan əldə edin.

İdman qidaları mağazası. Münasib qiymətlər, geniş çeşid.

Protein almaq istəyirsiz? Zəng vurun - 055 335 11 71.

#5. İdman əlavələri sizi hətta məşq etməsəniz də daha güclü edir və əzələ kütlənizi artırır

Düzdür, qida əlavələri həqiqətən də sizin ümumi sağlamlıq durumunuzu və yuxunuzun keyfiyyətini yaxşılaşdıra, immunitetinizi möhkəmləndirə, eləcə də stress ilə mübarizədə kömək edə bilərlər, ancaq onlar sizi, öz-özlüyündə, bodibilderə çevirə biləcək sehrli həb və ya toz deyillər. Bu əlavələr sizin məşqlərdən aldığınız effekti gücləndirmək üçün nəzərdə tutulub – əgər siz idman zalında səylə işləməsəniz, onlar sizi daha böyük və güclü etməyəcəklər.

#6. İdman qidalanmasının çoxlu yan təsirləri var

İdman əlavələrinin tərkibində olan əksər inqrediyentlər orqanizm tərəfindən hasil olunur və ya yediyimiz qidanın tərkibində var. Belə əlavələri düzgün qəbul etdikdə əmələ gələn yan təsirlərin miqdarı çox cüzi və minimaldır.

#7. Əlavələrin qəbulundan olan təsirlər hamı üçün eynidir

Bu kökündən yanlış fikirdir. Hər insan unikaldır, buna görə də, elə idmançılar yoxdur ki, onların qidalanması və məşqləri eyni olsun. Çox vaxt görmək olar ki, azot oksidinin hasilatını gücləndirən kreatinin və ya məşqqabağı kompleksin qəbulu bəzi adamlara daha güclü təsir göstərir, nəinki başqalarına. Reallıqda bir çox hallar olur ki, bir brendin məhsulu insana minimum təsir göstərir, eyni zamanda digər brendin məhsulu, əksinə, ona böyük fayda verir. Düşünməyin ki, dostunuzun istifadə etdiyi qida əlavəsi ona lazımı təsir göstərməyibsə, o sizə də heç bir kömək etməyəcəkdir.

#8. Yüksək zülal tərkibli pəhrizlər sağlamlığa zərər verir

Bu iddianı təsdiq edəcək heç bir araşdırma yoxdur – yəni, yüksək zülal tərkibli pəhrizin sağlam böyrəkləri olan insanlara mənfi təsir etdiyini təsdiq edən heç bir araşdırma yoxdur. Birdə idmanda əsas prinsip var, məşq edən insan hər 1 kq çəkiyə görə 2 qram zülal qəbul etməlidir, yəni 80 kq -lıq insan gündəlik olaraq 160 qram zülal qəbul etməlidir. Bunu hətta idman qidaları ilə də etmək çox çətindir, hansı "yüksək" zülal miqdarından söhbət gedir?! 

#9. İdmançıların əlavə zülala ehtiyacı yoxdur

Bir çox araşdırmalar göstərib ki, əslində idmançılara əlavə zülal lazımdır. Məşqlər əzələ toxumasını parçalayır, əlavə zülal isə bədənə onu bərpa etməyə və yenidən qurmağa kömək edir. Bundan əlavə, müxtəlif tədqiqatlar zamanı alınmış müxtəlif məlumatlara əsasən, rasionlarında zülalın miqdarı çatışmayan və ya norma hesab edilən miqdarda olan idmançılar, reallıqda, əzələ toxuması itkisinə məruz qalırlar.

#10. Piyyandırıcıları – boş yerə pul itkisidir

Bu kateqoriyaya aid olan ən tanınmış idman əlavələrinin tərkibində sizin metabolizminizi effektiv şəkildə stimullaşdıran və bədəninizə piyləri yandırmağa kömək edən güclü inqrediyentlər var. Və, təbii ki, piyyandırıcıları sizə, düzgün qidalanmadığınız təqdirdə, piylərdən qurtulmağa kömək edəcək sehrli preparat olmasalar da, onlar kardio və güc məşqləri, eləcə də düzgün pəhrizlə birlikdə uzun arıqlama müddətlərində orqanizmin enerjisini və maddələr mübadiləsini normada saxlamağa kömək edirlər.

#11. Bizim orqanizm kifayət miqdarda Omeqa-3 yağ turşularını hasil etməyə qadirdir

Bizim bədənimiz bu turşuları hasil etməyə qadir deyil. Omeqa-3 yağ turşuları əvəzolunmaz hesab olunurlar – onlar insan orqanizmində sintez oluna bilmir və qida ilə alınmalıdırlar. Məsələn, balıq yağı kimi əlavələr orqanizmi ona tələb olunan omeqa-3 turşuları ilə təmin edirlər və ağır məşqlərlə məşğul olan idmançılar, eləcə də məhdud kalorili pəhrizdə olan insanlar üçün olduqca faydalıdırlar.

#12. İdman qidaları - təbii mənbələrdən istehsal olunsa da, kimyəvi tərkiblərdi

Əslində, istənilən keyfiyyətli idman qidası – sizin supermarketdə gündəlik aldığınız məhsullardan daha təbii məhsuldur. İstənilən peçenyenin və ya dondurmanın tərkibinə baxın və siz onların tərkibində nə qədər müxtəlif konservantların və dad gücləndiricilərinin olmasına təəccüblənəcəksiniz.