program

SKAMYADA UZANARAQ QANTELLƏRLƏ ƏLLƏRİN ACILMASI

Təsirləri: Hərəkətdən sinə əzələlərinin əlavə inkişafı ücün istitifadə edilir. Qantellərlə skamyada uzanaraq yerinə yetilir. Təsviri: Ovuclarınız üz-üzə olmaqla qantelləri sinənizin önündə qaldırın. Qantelləri sinənin orta yuxarı hissəsində birləşdirin və dirsəkləri azca qatlayın. Asta-asta əlləri üfüqi vəziyyət və aşağı kimi acın. Ovuclar daima üz-üzə olmalıdı. Həmcinin izləyin ki, istənilən vəziyyətdə əlləriniz gövdə ilə düz bucaq təşkil etsin. Yuxarı nöqtədə sinə əzələlərini sıxın ki onalara əlavə ağırlıq verəsiniz. Dirsəklər nə qədər aşağıda olarsa əzələlər bir o qədər cox dartılar.  Variantlar: Bu hərəkət, həmcinin, maili skamyada sinə əzələlərinin yuxarı hissəsinin inkişafı ücün yerinə yetirilir. Maili skamyaya uzanın, qantelləri vertikal şəkildə yuxarı qaldırın (ovuclar üz-üzə olmalıdır), əlləri tam olaraq düzəldin. Aləti enli qövs üzrə aşağı endirin, bu vaxt əlləri dirsəkdə bir azca qatlayın. Əzələləri dartmaq ücün qantelləri mümkün qədər aşağı endirin. Həmin traektoriya üzrə də başlanğıc vəziyyətinə qayıdın. Yuxarı nöqtədə əlavə olaraq sinə əzələlərini gərin. Göstərilən hərəkəti təkrar edin.