program

Əzələ kütləsinin artımında durğunluğun 11 səbəbi

Əzələ kütləsinin artımında durğunluğun 11 səbəbi

  Gec-tez bütün idmançılar əzələ kütləsinin artımında durğunluqla üzləşir. İdmançı hər hansı bir çəkinin öhdəsindən gələ bilmədikdə idman platosundan danışırlar. Belə bir plato həmçinin əzələ kütləsinin yığımı zamanı da mövcuddur. Aşağıda irəliləyişin olmamasının ən yayılmış səbəbləri göstərilib:

 

1) Məşqlər kifayət etmir. Orqanizm müəyyən yüklənməyə artıq vərdiş edib və ona daha reaksiya göstərmir. Yeni başlayanlarda bu 6-9 ay, təcrübəli idmançılarda isə 3-4 aydan sonra baş verir. Bununla mübarizənin iki variantı var: məşqlərin ümumi saat miqdarını çoxaltmaq və ya hər bir məşq zamanı yüklənməni artırmaq.

2) Məşqlər həddindən artıq çoxdur. Bu halda söhbət həddindən artıq yorulmadan, qurumadan, qızmadan və s. gedir. Məşqlərin istənilən mərhələsində baş verə bilər. Mübarizə üsulu – məşqləri müvəqqəti olaraq dayandırmaq, 1-2 həftəlik uzun çəkməyən istirahətdən sonra azaldılmış çəkilərlə məşqlərə başlamaqdır.

3) İstirahətin az olması – çox vaxt 2-ci bəndin nəticəsidir. Bəzən ayrıca da rast gəlinir. Nəticə aydındır – daha çox istirahət etmək. Düzgün istirahətin qaydaları ilə tanış olmağı tövsiyə edirik.

4) Qeyri-müntəzəm məşqlər. Gündəlik iş rejimini qaydaya salmaq.

5) İş məhdud sayda əzələlərlə aparılır. Çıxış yolu – məşqlərdə bütün əzələ qruplarını işə cəlb etməkdir.

6) Yetərsiz qidalanma – rasionda zülal və karbohidratlar çatışmır. Tamamlamaq.

7) Yanlış qidalanma – idmançı yanlış vaxtda, yanlış miqdarda yanlış yemək yeyir. Qidalanma qaydalarına müraciət etməyiniz tövsiyə olunur.

8) Məşqlər proqramı səhv tərtib edilib – yanlış məşq rejimi seçilib, və ya o idmançının fərdi xüsusiyyətləri nəzərə alınmadan tərtib olunub. Dəyişmək.

9) Əzələ adaptasiyası (uyğunlaşması). Məşq proqramını dəyişmək.

10) İdmançı orqanizmin təbii potensialına çatıb. İdman qidaları istifadə etmək məsləhət görülür.

11) Stress. Bütün şəxsi problemləri həll etmək, alınmazsa – sakitləşdirici üçün həkimə müraciət etmək.