program

Əzələlərin artımına mane olan əsas 7 səhv

Əzələlərin artımına mane olan əsas 7 səhv

Öz bədəninizin dəyişilməsində ciddi nailiyyətlərə həqiqətən çatmaq istəyirsinizsə, qaçmalı olduğunuz səhflərin obyektiv xülasəsini təklif edirik.

Səhv № 1 – Qeyri-adekvat çəki ilə məşq etmə

Söhbət o hallardan gedir ki, yeni başlayan bodibilderlər özlərinə arxayın olaraq ştanq üzərinə elə çəki əlavə edirlər ki, onunla texnika baxımından düzgün və dəqiq şəkildə işləyə bilmirlər. Nəticədə Sizin təhlükəsizliyinizi və sağlamlığınızı təmin edən məşqin icra edilmə texnikasında qaçılmaz olaraq səhvlərə yol verilir. Çəki uğrunda yarışı dayandırın, axı müdrik insanlar dediyi kimi “asta gedən mənzilinə daha tez çatar”. Tələsməyin, texnikalı şəkildə çəkmək və sıxmaq qabiliyyətində olduğunuz çəki ilə işlədiyinizə həmişə əmin olun. “Gedişləri” həddindən artıq tez-tez etmək lazım deyil. Bəzən, hətta ayda bir dəfə yerinə yetirilən “gediş” də lazımsızdır. Həmçinin əmin olun ki, siz öz gücünüzü sinqllarda yoxlamaq üçün kifayət qədər təcrübəyə maliksiniz (əgər Siz tək-tək təkrarları maksimum çəki ilə edirsinizsə, bu ki daha çox pauerliftinq yanaşmasıdır), və zalda kifayət sayda sığortalayanlar var.

Səhv № 2 – Kardio məşqlərinin həddindən artıq olması

Unutmayın ki, ağır güc məşqləri ürək dözümlülüyü üçün nəzərdə tutulmuş məşqlərlə hər zaman uyğun gəlmir. Adətən yüklənmənin bu iki növü güc idmanındakı nəticələrinizə mənfi təsir göstərərək bir birinə mane olur. Şübhəsizdir ki, əgər siz kütlə üzərində işləyirsinizsə, Sizə müəyyən miqdarda kardio lazımdır, lakin sizə iki saatlıq qaçışdansa gündə 5-7 km enerjili yerimə seçmək daha məqsədəuyğundur.

Səhv № 3 – Siz qidalanma barədə həddindən artıq narahat olursunuz

Əgər siz daima öz qidalanmanız haqqında düşünürsünüzsə bu də hər zaman Sizin xeyrinizə deyil. Bəzi atletlərin fikiri kalorilərin hesablanması və qidanın qəbul vaxtı ilə o qədər məşğuldur ki, bütün bu fikirlər öz-özlüyündə stressə çevrilir. Axı Sizə yaxşı məlumdur ki, stress ilk növbədə metabolik cəhətdən fəal əzələ toxumasını dağıdan kortizol hormonunun həddindən artıq ifrazına səbəb olur. Əgər siz peşəkar atlet deyilsinizsə, bir az “istirahət” məqsədi ilə pəhrizi hərdən-birdən poza bilərsiniz. Həmçinin fantaziyanızı işə salmaq və gündəlik dadlı, sağlam yeməklər düşünüb tapmaq da pis olmazdı.

Səhv № 4 – Natamam bərpa olma

Bugünkü gündə də ağır, yorucu treninqin sürətli böyümənin təməl daşı olduğunu düşünən bir çox yeni başlayan atletlərə rast gəlmək olar. Nə demək olar ki, öz-özlüklərində onlar da doğrudur – treninq həqiqətən də çox vacibdir. Lakin istənilən məşqlərin əsas elementləri qidalanma və istirahətdir. Yalnız düzgün qidalanma və istirahət olduqda Siz inkişaf edə bilərsiniz. Orqanizminizin enerji ehtiyaclarına uyğun olaraq qidalanın, düzgün həyat tərzi keçirin və bu Sizin bodibildinq sahəsində gələcək uğurlarınızın təməli olacaqdır. Hər zaman ondan əmin olun ki, sizin keçmiş məşqinizdən kifayət qədər vaxt keçmişdir və hədəfdə olan bütün məşq qrupları bərpa ola bilmişdirlər. Bu həmçinin oynaq və bağlar üçün də çox vacibdir, çünki əzələlərlə müqayisədə bərpa olmaq üçün onlara daha çox vaxt tələb olunur.

Səhv № 5 – Sizə adi insanlardan daha çox yatmaq lazımdır

Belə fikir yayılmışdır ki, insan 8 saat yatmalıdır. Güc idman növlərinin atletləri üçün sağlam yuxu - ən azı 10 saat təşkil edir. Bu məlumatlar tətqiqatlarla təsdiq edilmişdir.

Səhv № 6 – Siz əzələləri kifayət qədər qızışdırmırsınız

Trenajor zalına gələnlərin çoxları bu səhvə yol verirlər – onlar ya ümumiyyətlə əzələlərin qızışmasını yerinə yetirmirlər ya da ki, bunu düzgün etmirlər. Yadda saxlayın, Siz məşqə başlamamışdan öncə əzələləri və oynaqları mütləq işlədib qızışdırmalısınız. Bu sizi zədələrdən sığortalayacaqdır.

Səhv № 7 – Sizin aydın məqsədləriniz yoxdur

Bu məşq edənlərin ən əsas və ağrılı səhvlərindən biridir – onların məqsədi yoxdur, hətta təxmini belə. Çoxları deyirlər – «Mən sağlam olmaq istəyirəm» və ya «Mən əzələ kütləsi yığmaq istəyirəm». Lakin Sizin dəqiq planınız və onun yerinə yetirilmə müddəti olmalıdır. Məsələn, «Mən 6 aya 10 kq arıqlamaq istəyirəm». Və ya «Mən 5 aya 5 kq çəki yığmaq istəyirəm». Dəqiq məqsəd olduqda onun həyata keçirilməsinin strategiyasını düşünmək daha asan olur.