Yerdən jim hərəkəti geniş və nəzarətsiz şəkildə yayılmasına görə bir çoxları səhvlərə yol verirlər, hansılar ki, tək jimlərin effektivliyini azaltmırlar, həm də sağlamlığa zərər verə bilərlər.
1. Sən yalnız qalxmaya diqqət yetirirsən
Məşq hərəkətinin adının yerdən jim olması heç də o demək deyil ki, düzgün şəkildə enişə əhəmiyyət verməmək olar. Əminəm ki, sən gövdənin qalxmasına daha çox diqqət yetirirsən. Nə etmək lazımdır: yuxarı vəziyyətdə barmaqlarla döşəmədən tut, çiyinləri gərginləşdir və yavaş-yavaş gövdəni endirməyə başla.
2. Sən əllərini çox geniş tutursan
Bu əsl xalturadır, özü də zərərli birisi. Əllərini nə qədər geniş qoysan, o qədər də bədənin döşəməyə yaxın olacaqdır, müvafiq olaraq, sənin yorulmuş çiyinlərinə daha çox yük düşəcəkdir. Nə etmək lazımdır: ovuclar düz sənin çiyinlərinin altında döşəməyə sıx yapışmalıdırlar. Belə sən jim zamanı dirsəklərini düzgün şəkildə gövdəyə sıxa biləcəksən və sinəyə və trisepslərə olan faydalı yüklənməni əhəmiyyətli dərəcədə artıra biləcəksən. Belə jim etmək daha çətindir, əvəzində sağlamlıq üçün onun daha çox faydası var.
3. Sən əzələlərini qızışdırmırsan
Yerdən jim yalnız kənardan asan məşq hərəkəti kimi görünə bilər. Əslində onun yerinə yetirilməsi zamanı demək olar ki, sənin bütün bədəninin əzələləri gərginləşir və sən hər an zədələnmək riski ilə üzləşirsən. Nə etmək lazımdır: qan dövranını yaxşılaşdırmaq üçün yanaşmalar arasındaki fasilələrdə ən çox yorulmuş əzələləri ovuşdurun və “silkələyin”. Bundan əlavə dartılmalar üçün gimnastik topdan istifadə edin.
4. Sən başını yellədirsən
Sinə və qollarınız yorulduqdan sonra sən mexaniki olaraq boynunu tərpətməyə başlayırsan və sanki onu gah yuxarı gah aşağı dartırsan. Birincisi, kənardan bu çox gülməli görünür, ikincisi isə, bu tamamilə yanlışdır. Jim zamanı sənin bədənin düz bir xətt formalaşdırmalıdır. Nə etmək lazımdır: jim zamanı sənin bədənin başdan ayağa qədər düz bir xətt formalaşdırmalıdır. Əgər “burnun ilə dimdikləməyə” başladığını hiss etdinsə, ən yaxşısı odur ki, fasilə götür və istirahət et.
İdman bədənə, oxumaq isə zehnə faydalıdır